Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" layihəsinin tətbiqinə başlanılacaq
Gömrük Komitəsi

2021-ci il yanvarın 1-dən etibarən təkmilləşdirilmiş "Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" (Smart Customs) layihəsinin tətbiqinə başlanılacaq. Ölkədəki mövcud vəziyyətlə əlaqədar tətbiqinə müvəqqəti fasilə verilən "Smart Customs" daha da təkmilləşdirilmiş formada istifadəçilərə təqdim olunacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.

Yanvarın 1-dən etibarən fiziki şəxslər tərəfindən poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin "Smart Customs" tətbiqi ilə bəyan edilməsi məcburidir. Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindən və sosial şəbəkələrdəki hesablarından tətbiqdən istifadəyə dair ətraflı məlumat almaq olar. (https://youtu.be/WcE7VBCosYk)

Onu da qeyd edək ki, yeni layihə elektron ticarətin daha şəffaf və sürətli şəkildə həyata keçirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, gömrük statistikasının düzgün aparılmasına, mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsinə şərait yaradacaq.

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »