Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətən müharibəsi qazisinin evindən oğurluq edənlər tutulub
Həbs

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vətən müharibəsi qazisinin yaşadığı mənzildən məişət avadanlıqları və qızıl əşyaları oğurlayan rayon sakinləri saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Vətən müharibəsində iştirak edərək yaralanmış hərbi qulluqçu müalicə aldığı müddətdə onun Lənkəran şəhəri ərazisində kirayə yaşadığı mənzilindən ümumilikdə 1250 manat dəyərində 1 ədəd televizor, müxtəlif qızıl-zinət əşyaları, məişət avadanlıqları və 2 ədəd xalçanın oğurlanması ilə bağlı Lənkəran Şəhər Rayon Polis şöbəsinə müraciət edib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Lənkəran şəhər sakini Rövşən Mirzəyev və rayonun Darquba kənd sakini Elçin Məmmədov olduğu müəyyən edilib. Oğurlanmış əşyaların bir qismi onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb. Hər iki şəxs barəsində Lənkəran Rayon Məhkəməsinin qərarları ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş »
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »