Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil naziri təqaüddə olan könüllü müəllimlərə təşəkkür edib
Emin Əmrullayev

Təhsil naziri  təqaüddə olmalarına baxmayaraq, "Dərs vaxtı" layihəsində könüllü iştirak edən müəllimlərə - Nüşabə Məmmədova və Qita Veyseyskayaya təşəkkür məktubu ünvanlayıb.

Bizimyol.info xəbər verir ki, nazir Emin Əmrullayev bu barədə rəsmi "Facebook" səhifəsində paylaşım edib.

"Bildiyimiz kimi, başa çatmasına bir neçə gün qalan 2020-ci il ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə "Könüllülər ili" elan edilmişdi. Pandemiya şəraiti olmasına baxmayaraq, ölkəmizdə müxtəlif sahələrdə könüllülük hərəkatı geniş vüsət aldı. Bu sırada Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatılan müəllimlərimiz kimi arxa cəbhədə övladlarımıza könüllü dərs deyən pedaqoqlarımız da oldu.

Bu ilin martından teledərslərin hazırlanması prosesinə könüllü qatılan, gənclərə örnək olan müəllimlərdən ikisi barədə danışmaq istərdim. Müəllimlərimiz Nüşabə Məmmədova və Qita Veyseyskaya təqaüddə olmalarına baxmayaraq, könüllü şəkildə teledərslər vasitəsilə şagirdlərimizə dərs deyiblər. Özü də bu işi sevə-sevə, ürəklə, yüksək keyfiyyətlə görüblər.

Çətin vaxtlarda hər iki müəllimimiz sözün əsl mənasında fədakarlıq nümayiş etdiriblər. Təhsil Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif olunan hörmətli müəllimlərimizə dəyərli əməkləri, göstərdikləri səylər üçün bir daha dərin təşəkkürümü bildirirəm",- deyə nazir qeyd edib.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
››› Nazirin Sumqayıtın polis rəisini işdən çıxardı
Son xəbərlər
Bütün xəbərlər »