Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Akademik Musiqili Teatr "İşıq adam" sənədli filmini təqdim edib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Vətən Müharibəsində şəhid olmuş teatrın işıqçısı Əliağa Məmmədova və döyüşlərdə iştirak etmiş digər əməkdaşlarına həsr olunmuş "Döyüşən teatr" ("İşıq adam") sənədli filmini tamaşaçılara təqdim edib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sənədli filmin ssenari müəllifi və quruluşçu rejissoru Akademik Musiqili Teatrının rejissoru Samir Qulamovdur.

Filmin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əlqismət Lalayev, quruluşçu operator və montajçısı Hikmət Şahverdizadədir.

Filmdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Dövlət Televiziyasının, Strateji Kommunikasiyalar Mərkəzinin videokadrlarından, həmçinin görkəmli bəstəkarların, musiqiçilərin – Fikrət Əmirov, Xəyyam Mirzəzadə, Aqşin Əlizadə, Eldar Mansurov, Emin Sabitoğlu, Ədalət Vəzirov, Əlixan Səmədov, Əli Əliyevin əsərlərindən, həmçinin "Millətəm" (Elçin Cəfərov, Sabir Rüstəmxanlı) mahnısından istifadə edilib.

Son xəbərlər
Bütün xəbərlər »