Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı - 26 dekabr, 2020
Bürclər

Bizimyol.info 26 dekabr, 2020-ci il tarixinə qoroskopu təqdim edir:

Qoç - Fürsətlərdən necə yararlanmaq lazım olduğunu bilən güclü ağlınızla hər hadisəni anında və çevik şəkildə qiymətləndirəcəksiniz. Emosional münasibətlərinizdə maddi tələblər ortaya çıxa bilər və zövqlərinizi təmin etmək üçün xərclərinizi artıra bilərsiniz.

Buğa - Bu gün ətrafınızdakı insanlarla əvvəllər olduğundan daha fərqli bir ünsiyyət quracaqsınız. Siz baş verənlərdən şübhələnmirsiniz və rəhmlisiniz. Ailənizdə həll etməyiniz lazım olan bir neçə problem üçün ətrafınızdakı dostlarınızdan kömək alacaqsınız.

Əkizlər bürcü Əkizlər bürcü

Əkizlər - Duyğusal mövzularda ətrafınızdakı insanlara qarşı diqqətsiz münasibət göstərirsiniz. Ən önəmli problemlərini sizə etibar edib sizinlə paylaşan insanlara qarşı daha səmimi və dürüst olun. Diqqətinizi əhəmiyyətsiz detallar daha çox cəlb edir, nəticədə diqqət və qayğınızı tələb edən mövzuları unudursunuz.

Xərçəng - Bu gün alış-veriş instinktləriniz gün kimi aydındır və maddi məsələlər ön plandadır. Prosesləri çox yaxşı izləyirsiniz. Planlaşdırdığınız mövzularda lazımi maliyyəni təmin etmək üçün çox incə hesablamalar tələb olunacaq. Diqqətli olsanız, uğurlu alış-veriş əməliyyatları baş tutacaq.

Şir - Mənəvi məsələlər daha konkret rəng alacaq və vacib olacaq. Tərəfdaşlarınızdan gözləntiləriniz həddindən artıq çoxalacaq və bu mövzuda xırda məsələlərə də ciddi yanaşacaqsınız. Ehtiyatlı olmağınızı tələb edən bir gündür. İnsanlara və problemlərə təmkinlə yanaşmağa çalışın. Hirsli başda ağıl olmaz...

Qız bürcü Qız bürcü

Qız - Təbiətinizdəki tədqiqatçı ruhu ilə hərəkət edərək ətrafınızda baş verənləri və xüsusilə də öz daxili durumunuzu diqqətlə araşdıracaqsınız. Bacarıqlarınızı daha da aydın şəkildə görəcək və önə çəkəcəksiniz. Ətrafınızda gedən prosesləri özünüzün və sevdiklərinizin xeyrinə dəyişə biləcəksiniz. Bütün detallara diqqətlə yanaşın. Xırda bir məsələ böyük nəticələrə gətirib çıxara bilər.

Tərəzi - Bu gün ətrafınızda sizi heyran edən və birlikdə çalışmaqdan həzz aldığınız insanların əhatəsində olacaqsınız. Yalnız məntiqinizə güvənirsiniz və düşüncələrinizdəki qərarlarınızdan geri çəkilmək istəmirsiniz. Amma ətrafınızdakı insanların reaksiyaları fikirlərinizi dəyişdirəcək.

Əqrəb - İnsanlar arasında hörmət qazanmağa meylli bir şəxsiyyətiniz var və özünüz də bundan xəbərdarsınız. Gücünüzü göstərən işlərdən xoşunuz gəlir. Birlikdə olduğunuz insanlara görə məsuliyyət hiss edirsiniz, onların problemlərinin həllində əsas yükü üzərinizə götürürsünüz. Gün ərzində sizə ümid bağlayan insanlarla həmrəy olacaqsınız və bir daha gücünüzü göstərmək fürsətiniz olacaq.

Oxatan bürcü Oxatan bürcü

Oxatan - Gözlənilməz hadisələrə qarşı diqqətli və fərqli bir münasibətiniz var. Azad təbiətinizin daha çox ortaya çıxacağı bir gündür. Bu gün görüşəcəyiniz insanlara fikirlərinizi ifadə edərkən öz fəlsəfənizi də bölüşəcəksiniz. İdeya və təklifləriniz ətrafdakılar tərəfindən dəstəklənəcək.

Oğlaq - Orijinal düşüncəli insanları sevirsinizsə də, o qədər də səmimi deyilsiniz və insanları öz meyarlarınıza əsasən araşdırırsınız. Amma bu gün maliyyə mövzularında maraqlı və obyektiv araşdırmalar aparacaqsınız. Eqoizm hisslərini üstələməyi bacaracaqsınız və müxtəlif insanların fikirlərindən yararlanacaqsınız.

Dolça bürcü Dolça bürcü

Dolça - Təbiətən emosional və əsəbi adamsnız. Amma ətrafdakılar bunu açıq şəkildə görmür. Bu gün kənardan baxanda təmkinli görünəcəksiniz və səlis nitqinizlə özünüzə ətrafdakıların hörmətini qazandıracaqsınız. Məlumatlarınızı bölüşmək və hadisələrə təmkinli bir tərzdə dəqiq yol xəritəsi ilə yanaşmaq istəyəcəksiniz. Gələcək üçün yaxşı planlar qura biləcəyiniz bir gündür.

Balıq - Ənənəvi qaydalara əməl edin. Münasibətlərinizdə yeniliklərə cəhd etmək uğur gətirməyəcək. Dostlarınızın əhatəsində özünüzü daha yaxşı hiss edirsiniz və ona görə də onlarla daha tez-tez görüşməyə çalışırsınız. Bu gün münasibətlərinizdə diqqətli olun - münasibətlərdə yeniliklərə ehtiyacınız yaranacaq, amma köhnə münasibətlərə düzəlişlər etmək cəhdi uğursuzluq gətirə bilər.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
Son xəbərlər
Bütün xəbərlər »