Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Göyçə gölündə balıq tutmaq qadağan olunur
Balıq

Azərbaycanın tarixi su hövzələrindən olan Göyçə gölündə bir müddət balıq tutulmayacaq.

Ermənistanda belə qərara gəliblər. Amma qərarın müharibə ilə əlaqəsi yoxdur. Hər halda, Ətraf Mühit Nazirliyi başqa səbəb göstərir.

Bizimyol.info xəbər verir ki, 2021-ci il yanvarın 20-nə qədər Göyçə gölündə balıq tutmağa imkan verilməyəcək. Ətraf mühit naziri Romanos Petrosyan bu işə ciddi yanaşacaqlarını bildirib. Onun sözlərinə görə, nazirliyin nümayəndələri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə mağazaları gəzərək, xüsusilə siqi balığının satılıb-satılmamasına baxacaqlar. Çünki Göyçə gölü bu sümüklü balıq növünün əsas mənbələrindən sayılır. Siqi tutmaq üçün uzaq məsafələrdən gölə gəlirlər.

Nazirlik qərarın səbəbi kimi siqinin kürütökmə dövrü olduğunu göstərib. Buna görə də ümumilikdə balıq tutulmasının qarşısı alınır.

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »