Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST: Koronavirusun mutasiyası dərmanların səmərəsinə təsir etmir
koronavirus

Böyük Britaniyada koronavirusun aşkarlanmış mutasiyası təlaşa səbəb olacaq qədər də təhlükəli deyil və dərmanların, müayinə vasitələrinin səmərə dərəcəsinə təsir etmir.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bildirib.

Təşkilat rəsmisi Böyük Britaniyada və bir sıra başqa ölkələrdə aşkarlanmış koronavirusun yeni ştamı ilə bağlı vəziyyətə təlaşa qapılmadan, birgə səylərlə nəzarət edilə biləcəyini də diqqətə çatdırıb.

Xatırladaq ki, dekabrın 14-də Böyük Britaniya səhiyyə naziri Matt Hankok ölkənin cənub-şərq bölgəsində sürətlə yayılan koronavirusun yenicə aşkarlanan yeni ştamla bağlı ola biləcəyini açıqlayıb. Bu ayın 19-da isə baş nazir Boris Conson yeni ştamın ilkin dəyərləndirmələrə görə, 70 faiz daha yoluxucu olduğunu, lakin daha təhlükəli olduğuna dair dəlilərin olmadığını bildirib. Bir sıra ölkələr Böyük Britaniyaya təyyarə uçuşlarını dayandırıb.

Paylaş »
››› Rusiya Qarabağda 120 ton qızılı necə əldən verdi... - Rusiya mətbuatı
››› Azərbaycanın almaq istədiyi Çin peyvəndi özünü doğrultmur
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Azərbaycanda vulkan püskürüb
››› Nikol Paşinyanın ailəsi Moskvada mənzil axtarır
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »