Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Unibank şəhidin ailəsinə ev hədiyyə edir
Unibank logo

Unibank torpaqlarımızın düşməndən azad olunması uğrunda canından keçmiş 21 yaşlı şəhidimiz Məmmədov Tural Taryel oğlunun ailə üzvlərini evlə təmin edəcək.

Müharibənin ilk günlərindən könüllü şəkildə Vətənimizin müdafiəsinə yollanan Tural Məmmədov, Şuşanın azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Özü yaralı olduğu halda, neçə-neçə yaralı əsgər yoldaşını döyüş meydanından kənarlaşdıraraq xilas edib. 21 yaşlı şəhidimiz Böyük Zəfər tariximizi öz qəhrəmanlıq dastanları ilə yazan igidlərimizdən biridir.

Unibank şəhidin ailəsinə ev hədiyyə edir

Turalın anası, bacısı və nənəsindən ibarət ailə üzvləri uzun illərdir kirayədə yaşadığından, Unibank rəhbərliyinin qərarı ilə onların ev problemi yaxın günlərdə həllini tapacaq. Unibank şəhidimizin ailəsinin Bakı şəhərində evlə təminatını həyata keçirəcək. Artıq evin alınması istiqamətində işlərə başlanılıb. Şəhidimizin ailə üzvlərinə bu haqda məlumat verilib. Bankın dəstəyi bununla yekunlaşmayacaq, Unibank komandası hər zaman ailənin yanında olaraq, qarşıya çıxan problemlərinin həllində dəstək olacaq.

Bizə böyük qələbəni yaşadan, təqvimimizə şanlı Zəfər gününü yazan bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayırıq!

Paylaş »
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
Son xəbərlər
Bütün xəbərlər »