Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TamKartı pulsuz almaq fürsəti
TamKartı pulsuz almaq fürsəti

Azərbaycan Beynəlxalq Bankı TamKart arzusunda olan hər bir müştəriyə indi bu kartı pulsuz əldə etmək imkanı yaradıb. Bankın 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində elan etdiyi kampaniya çərçivəsində hər bir müştəri TamKart Visa Classic və TamKart Mastercard Standard kartlarını heç bir xidmət haqqı ödəmədən ala bilər. TamKart Gold, TamKart Platinum, TamKart Premium kartları isə müştərilərə 50% endirimlə təqdim edilir. Kampaniya 2021-ci il 29 yanvar tarixinə qədər keçərlidir.

Qeyd edək ki, TamKart eyni vaxtda həm debet, həm də kredit kartı funksiyasını özündə birləşdirən faydalı bir kartdır. Bu kart müştərilərə bankla tərəfdaş məkanlarda hissə-hissə ödəniş və kəşbək imkanları yaradır. TamKart üzrə Bankın 800-dən çox partnyoru var. TamKartın üstünlükləri və partnyor şəbəkəsi barədə ətraflı məlumatları https://tamkart.az/ saytından əldə etmək olar.

Bankın kampaniya zamanı müştərilərə yaratdığı imkanlar bununla tamamlanmır. Yanvarın 29-a qədər Azərbaycan Beynəlxalq Bankından nağd pul krediti ilə yanaşı, TamKart da alan müştərilərə kreditin illik faiz dərəcəsində 2% endirim ediləcək. Belə ki, müştərilər krediti Bankdan 48 ayadək müddətə, 18%-dən başlayan faizlərlə əldə edə bilərlər. 15 000 manata qədər kredit üçün zamin tələb olunmur.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın 39 filial və 37 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
Son xəbərlər
Bütün xəbərlər »