Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəngəzurda daha bir kənd boşalır: "Azərbaycanlıların bu məsələdə də bəxti gətirib"
Zeyvə (David bek) kəndi

Azərbaycanla yeni sərhəd xəttinin müəyyənləşdirilməsi Ermənistanda ağrılı proses kimi qəbul olunur. Çünki bizim torpaqları geri qaytarmaq lazım gəlir.

Bizimyol.info xəbər verir ki, Ermənistanda Zəngəzurun daha bir kəndi ilə bağlı narahatlıq yaşanır. Yerli mətbuat Ermənistanda "David bek" adlandırılan Zeyvə kəndindən reportaj hazırlayıb. Sakinlər bu yaşayış məntəqəsinin də Azərbaycana qaytarılacağını düşünür.

Zeyvədəki Ermənistan hərbçilərindən biri “Sputnik Armenia”ya danışıb ki, buradan Qubadlını aydın görürlər: “Bu tərəflərdə soyuqdur, qar hər yeri ağa bürüyüb. Onlar tərəfdə isə gün çıxıb. Azərbaycanlıların bu məsələdə də bəxti gətirib”.

Şahverdilər kəndinə gedən yol Şahverdilər kəndinə gedən yol

Hələ birinci Qarabağ savaşında döyüşmüş Sergey jurnalistlərə canlı itkilərə görə necə sarsıldığını bildirib: “Uşaqlara heyfim gəlir. Ərazi ikinci məsələdir”.

Zeyvədə yaşayan sakinlər yavaş-yavaş evləri tərk etməyə başlayıb. Kənd məktəbində daha şagird də gözə dəymir.

Xatırladaq ki, dünən Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurun Vorotan (Şahverdilər - red.) kəndi, və Şurnux qəsəbələri ilə bağlı "ağrılı qərar" verilə biləcəyini deməklə bu yaşayış məntəqələrinin Azərbaycana qaytarılacağına işarə etmişdi.

Şurnux qəsəbəsi Şurnux qəsəbəsi

Bir neçə gündür ki, Zəngəzurun Azərbaycana qaytarılan kəndləri ilə bağlı gərginlik yaşanır. Müxalifət araçsız mitinqlər keçirir və Paşinyanın bütün Zəngəzuru Azərbaycana verəcəyini iddia edirlər. Sərhədlərin demarkasiyası Ermənistanda böyük narahatlığa səbəb olub.

Nikol Paşinyan Nikol Paşinyan

Analitiklər artıq yeni ərazilər qazanmaqdan yox, Ermənistanın dövlət olaraq mövcudluğunu itirmək təhlükəsindən danışırlar.

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »