Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SOCAR Türkiyədəki NEZ-i üzrə gələn il 361 mln. dollar kredit ödəyəcək
SOCAR

Gələn il SOCAR tərəfindən Türkiyənin Əliağa yarımadasında inşa edilən "Star Rafineri" neft emalı zavodunun (NEZ) tikintisinə cəlb edilmiş kreditlər üzrə ödənişlər plana uyğun olaraq həyata keçiriləcək.

"APA-Economics"in məlumatına görə, bunu Türkiyənin Əliağa yarımadasında yerləşən "Petkim" neft-kimya kompleksinin (əsas payı SOCAR-a məxsusdur – red.) və SOCAR tərəfindən burada inşa edilən "Star Rafineri" NEZ-in baş direktoru Anar Məmmədov onlayn rejimində keçirilən mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, gələn in NEZ üzrə kredit ödənişləri 361 mln. dollar səviyyəsində planlaşdırılıb.

Xatırladaq ki, 2018-ci ildə istifadəyə verilən SOCAR-ın "Star" neft emalı zavodunun illik emal gücü 10 mln. tondur. Əsas məhsullarını dizel yanacağı (4,8 mln. ton), təyyarə yanacağı (1,6 mln. ton), nafta (1,6 mln. ton), maye neft qazı, qarışıq ksilen, neft koksu təşkil edir. Zavod daşınmalar baxımından strateji əhəmiyyət kəsb edən Əliağa yarımadasında yerləşir. Əliağa yarımadasında "Star" NEZ ilə yanaşı, SOCAR-ın "Petkim" neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan SOCAR Terminalı vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
Son xəbərlər
Bütün xəbərlər »