Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Koronavirusun yeni növü Azərbaycana da gəlib çıxa bilər” – Həkimdən açıqlama
Koronavirus, oksigen balonu, süni nəfəs aparatı

İsveçrədə koronavirusun ilk dəfə Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb. Bu barədə İsveçrənin İctimai Səhiyyə Nazirliyinin Federal ofisi məlumat yayıb.

Məlumata görə, Britaniyanın bu ölkədəki iki vətəndaşında ilk dəfə koronavirusun yeni ştammı aşkarlanıb. Onların virusu başqalarına yoluxdurub-yoluxdurmadıqları hələ məlum deyil.

Görünür ki, koronavirusun yeni növünün yayılması davam edir.

Bizimyol.info-ya açıqlaması zamanı tanınmış həkim, hazırda Türkiyədə Hacettepe Xəstəxanasında koronavirusla mübarizədə ön cəbəhədə mübarizə aparan həmyerlimiz Turanə Rəsulova bildirib ki, koronavirusun yeni B1.1.7 variantı bütün dünyada yeni bir dalğalanmaya səbəb ola bilər.

Turanə Rəsulova Turanə Rəsulova

“İngiltərə apardığı molekulyar çalışmalar, genom analizləri nəticəsində bir çox mutasiyanı özündə birləşdirən yeni variant haqqında ÜST-ə və dünyaya məslumat yaydı, yeni dalğanın güclü olmasının, İngiltərədə, xüsüsilə də London və cənubundakı ərazilərdə infeksiyanın nəzarətdən çıxmasının altda yatan səbəbinin haqqında danışdığımız mutasiya olduğunu açıqladı. Amma bu, virusun yeni variantının çıxdığı gün aşkarlandı və açıqlandı demək deyil. B1.1.7 variantına daxil olan mutasiyaların bir çoxunun hələ sentyabrda baş verdiyi düşünülür. Belə olan halda İngiltərə ilə uçuşların dayandırılmasına qədər nə qədər insan səyahət edib və özü ilə bu virusu getdiyi yerə daşıyıb bilmirik. Bildiyimiz odur ki, baş verən mutasiya virusun xeyrinədi. Bu mutasiya bir öncəki SARS epidemiyasındakı kimi virusu sonlandırmadı, tam tərsinə yoluxuculuq özəlliyini artıraraq daha geniş areala yayıla bilməsinə imkan yaratdı”.

Həkim qeyd edib ki, yeni növ koronavirusun Azərbaycana da gəlib çıxa bilər.

“Qaldı bizə gəlib çıxa bilərmi sualına, teorik olaraq bəli, gəlib çıxa bilər. Amma, mutasiyanın düşdüyü populyasiyada yayılması, dayanıqlılıq qazanması üçün əlverişli şərait olmalıdı. Biz ciddi karantinə əməl etsək, gəlmiş olsa belə yayılmayacaq və çıxdaş olacaq. Digər tərəfdən, bəlkə Azərbaycanda da bu və ya buna bənzər ciddi mutasiyalar mövcuddur. Ölkəmizdə virusun genom analizi aparılmadığı üçün bu haqda elmin hər zaman söykəndiyi "sübuta əsaslanan" fikir yürüdə bilmirik.

Bir digər məsələ də, B1.1.7 və ya digər mutasiyalar ölkəmizə gəlmiş olsa belə, qorunma və müalicə tədbirləri dəyişmir. Maska, sosial məsafə, əl gigiyenası üçlüsü hələ uzun müddət yeni reallığımız olaraq qalmaqda davam edəcək. Pandemiya ilə mübarizədə birmənalı həll yolu əhalinin kütləvi vaksinasiyasından keçir ki, bu da mərhələli və vaxt alacaq olan prosesdir. Əhalimizin ən az 60-70%i vaksinasiya olunana qədər özümüzü və yaxınlarımızı qorumaq üçün qaydalara əməl etməliyik. Tanrı Azərbaycan xalqını qorusun!”-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Azəriqaz”dan Xırdalandakı partlayışla bağlı açıqlama
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
Son xəbərlər
Bütün xəbərlər »