Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğandan Putinlə bağlı açıqlama: "Onun açıqlamaları özünü təsvir edir"
Rəcəb Tayyib Ərdoğan

Rusiya Prezidenti Vladimir Putinin "Ərdoğan sözünə əməl edən adamdır, özü-sözü birdir " ifadəsinə cavab olaraq Prezident Ərdoğan "Putinin bu açıqlamaları özünü təsvir edir. Putinlə tanış olduğumdan bəri onu eyni şəkildə görmüşəm. Ümid edirəm, münasibətlərimizi eyni şəkildə davam etdirəcəyik "deyə reaksiya verib.

Prezident Rəcəb Tayyib Ərdoğan Cümə namazından sonra bir sıra açıqlamalarla çıxış edib. Rusiya dövlət başçısı Vladimir Putinin illik mətbuat konfransında onun barəsində səsləndirdiyi "Ərdoğan sözünə əməl edən adamdır, özü-sözü birdir, kişidir " ifadələrini xatırladan Prezident Ərdoğan bu ifadələrin Putinin özünə də aid olduğunu vurğulayıb.

"Cənab Putinin açıqlamaları özünü təsvir edən ifadələrdir. Mən cənab Putini ilk görüşdüyüm gündən bəri bu şəkildə tanıyıram. Rusiya münasibətlərimizi bu şəkildə güclü qura biləcəyimiz nadir ölkələrdəndir. İnşallah, indiyə qədər davam etdirdiyimiz münasibətləri də eyni şəkildə davam etdirəcəyik. Aramızdakı ticarət həcminə baxdıqda bunu görmək olar. Eyni əzmlə hədəflərimizə doğru addımlayırıq".

Xatırladaq ki, illik mətbuat konfransı zamanı Putin jurnalistlərin Ərdoğanla bağlı sualına cavab olaraq Türkiyə liderinin "sözünə əməl edən kişi adam" olduğunu demişdi.

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin

"Bütün liderlərin məqsədi ölkələrinin problemlərini müxtəlif yollarla həll etməkdir. Yaxşı və pis lider yoxdur",- deyən  Putin Rəcəb Tayyib Ərdoğanı nümunə göstərmişdi: "Bəzi məsələlərdə fikirlərimiz Prezident Ərdoğanla uyğunlaşmır. Bəzən fikirlərimiz bir-birinə zidd ola bilər, ancaq Ərdoğan sözünə əməl edən kişi adamdır. Ərdoğan ölkəsinin maraqlarına uyğun gələn məsələlərdə sona qədər gedir. Bu, proqnozlaşdırma elementidir. anlamaq vacibdir".

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarını dağıdan məmurlar Ermənistanı sevindirdilər
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »