Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin regionda planı: Rusiyanın arenada əli bağlanır
2020-12-25_213203

“Artıq Rusiya öz geopolitik qüdrətini itirməkdədir. Dünya əvvəlki kimi tək qütblü və ya 2 qütblü idarə ediləcək formadan çıxıb. Artıq çox qütblü dünyaya doğru gedilir”.

Bu fikirləri politoloq Turab Rzayev Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, ABŞ mərkəzdən çəkilir və ümumdünya hakimi rolunu oynamağa çalışır. Regional dövlətlər isə bu boşluqdan istifadə edib, öz ambisiyalarını irəli sürürlər.

Turab Rzayev Turab Rzayev

“Nə əvvəlki kimi 2 qütblü (ABŞ və SSSRİ), nə də 1 qütblü (tək ABŞ-ın olduğu) dünya yoxdur. Regional ölkələrin bundan istifadəsi Rusiyada qıcıq yaradır. Ona görə ki, Rusiya öz daxili məkanı, arxa bağçası saydığı ərazini, köhnə Sovet ölkələrini qorumaq məcburiyyətindədir. Buranı qorumaq üçün isə Rusiyanın resursları kifayət etmir. Bu ölkələr hamısı özü xammal satır və Rusiyanın bu qədər xammalı alacaq, humanitar yardım göstərəcək gücü yoxdur. Bu ölkələri dünya səviyyəsinə çıxara bilmir. Ona görə də, Rusiya məcburdur ki, müəyyən qədər bəzi ölkələrə göz yumsun”.

Politoloqun sözlərinə görə, Rusiya Türkiyə, İran və eyni zamanda Çinə göz yumur ki, Amerikanın və qərbin burada NATO blokundansa, bu ölkələr müəyyən qədər oturuşsunlar.

“Amma artıq vəziyyət elə bir hala çatıb ki, Rusiyanın resursları buradakı regional ölkələrlə mübarizə yaparmağa yetmir. Çin getdikcə Qırğızıstana, Tacikinstana birbaşa müdaxilələr edir. Eyni zamanda ən son müharibədə Türkiyə göstərdi ki, Qafqaz regionunda və Qafqaz region üzərindən orta Asiyada marağı var.

Qarabağda qarşıdurma demək olar ki, Rusiya və Türkiyə silahları arasında getdi və sonuncu ən azı bir nəsil yeni olduğu üçün üstün olduğunu göstərdi.

Rusiya görür ki, artıq o, regional dövlətlərlə mübarizədə də öz mövqeyini itirmək üzrədir. Rusiyanın ən çəkindiyi Mərkəzi Asiyada Çin, Qafqaz və Mərkəzi Asiyada isə Türkiyədir”.

Turab Rzayev onuda bildirib ki, Rusiya və İran arasında müttəfiqlik əlaqələri olduğu üçün Rusiya düşünür ki, İran hələki ona lazımdır.

“İranın hələki özünün xarici, daxili, iqtisadi, maliyyə problemləri var. İran bu bölgəyə intensiv müdaxilə edə bilmir. Həm də Rusiya və İran arasında müttəfiqlik əlaqələri olduğu üçün Rusiya düşünür ki, İran hələki ona lazımdır.

Türkiyənin Qarabağda konvensional silahlardakı üstünlüyünü göstərməsi həm hərbi-strateji, həm də texnika cəhətdən üstün olması Rusiyanı qorxuya salır və çəkindirir. Təsəvvür edin ki, artıq Türkiyə Azərbaycanla bu stateji əməkdaşlığı ilə Qafqazda oturdu və bu Rusiyanı çox narahat edir. Ona görə də, bunu fərqli adlarla gah “boz qurdçu”lar, gah osmanlıçılıq, gah Osmanlı İmperiyasının yenidən doğulması kimi, gah xilafət, gah şəriət, gah Turan, gah Türküstan kimi fərqli adlarla gündəmə gətirirlər və qorxunu ifadə edirlər.

Türkiyənin artıq regional, siyasi, hərbi, strateji gücü gözardı edilməyəcək qədər böyükdür. Məsələn, Ukraynaya baxsaq ərazi və əhali olaraq o qədər də Türkiyədən kiçik sayılmayacaq bir ölkədir. Ukraynanın prezidenti belə Ərdoğana böyük qardaş kimi yanaşır, ondan məsləhət istəyir, silah istəyir.Poreşenko dövründə bir neçə PUA almışdılar. Zelenski yenə PUA almaq istəyir. Burada məsələ ondan ibarətdir ki, Ukraynanın gücü kifayət qədər böyükdür. Ukrayna da Türkiyəyə nələrsə verə bilər. Məsələn, Qarabağda bizim istifadə etdiyimiz baza raketlərinin mühərrikləri Ukrayna istehsalıdır. Türkiyə Ukrayna ilə birlikdə təyyarə, helikopter mühərriki istehsal edə bilər. Bu isə Türkiyəni dünyada ən güclü 5-6 istənilən texnika mühərriki istehsal edən ölkə səviyyəsinə çıxara bilər”.

Politoloq vurğulayıb ki, Türkiyə ilə Ukrayna arasında hərbi sənaye kompleksi səviyyəsində getdikcə daha sıx əlaqələr yaranacaq. Bu isə Rusiyanı qorxudur.

“Son dövrdə Ukrayna çox böyük səhv addımlar ataraq, Kırım türklərinin dilini, adətini, ənənəsini gücləndirmədi. İndi isə onun əziyyətini çəkirlər. Çünki Kırım Rusiyanın təsirində qaldı və Moskva çox rahat şəkildə, yerli əhalinin razılığı ilə oranı götürdü. Ukrayna bu səhvini başa düşüb. Hazırda Kiyevdə Kırım məscidi, televiziyası, sosial qurumları fəaliyyət göstərir. Ukraynanın bir neçə yüksək rütbəli nazirinin müavinləri, Ali Radada isə bəzi deputatlar Kırımlıdır. Bütün bunlar Rusiyadakı bəzi qüvvələri qorxudur.

Türkiyənin bölgəyə girişi Rusiyadan fərqlidir. O, hansısa ərazini işğal etmir, separatçı bölgə yaratmır, sülhmərəmlı adı ilə öz əsgərlərini məcburi olaraq yerləşdirmir. Türkiyə bölgəyə sülh və ədalət dili ilə girir. Bölgələrin problemlərini həll edir və sosial rifah, ticarət, tikinti, texnalogiya teransferi gətirir.

Türkiyə Türkməsintandan Xəzərin altı ilə Azərbaycana, Özbəkistana qaz xətdi, Qazağıstana neft xətti çəkilməsini təmin edəcək. Azərbaycan Qafqazda bir parlayan ulduz olacaq.

Türkiyənin səyləri nəticəsində həm Azərbaycan, həm Türkmənistan, həm Qazağıstan rifaha qovuşur, əlavə pul qazanır.

Ona görə də, əhali baxımından baxdıqda istər Mərkəzi Asiya, istər Qafqaz, istərsə də Ukrayna xalqı bu bölgəyə Türkiyənin gəlişindən narazı deyil. Bu gün hətta Türkiyə və Azərbaycanla müharibə vəziyyətində olan Ermənistanın 100 minlərlə əhalisi Türkiyədə çalışıb evinə pul göndərir”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »