Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisin növbəti plenar iclasında 2021-ci ilin büdcə müzakirəsi davam edib
Milli Məclis

Dekabrın 25-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq bildirib ki, dünənki iclasda biz gündəliyin birinci məsələsini, yəni "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsinə başladıq. İndisi isə həmin müzakirələri davam etdirəcəyik. Spiker nəzərə çatdırıb ki, büdcə zərfinə daxil olan qanun layihələri ardıcıl surətdə müzakirə edilərək, axırda hamısı sıra ilə səsə qoyulacaq.

Məsələ ətrafında çıxış edən komitə sədrləri Siyavuş Novruzov, Hicran Hüseynova, Sadiq Qurbanov, deputatlardan Sabir Rüstəmxanlı, Jalə Əliyeva, Razi Nurullayev, İlham Məmmədov, Tahir Kərimli, Soltan Məmmədov, Elnur Allahverdiyev, Malik Həsənov, Məlahət İbrahimqızı, Sevinc Hüseynova, Qüdrət Həsənquliyev, Kamilə Əliyeva, Səttar Möhbalıyev, Azay Quliyev, Rauf Əliyev, Aydın Hüseynov, Rəşad Mahmudov, Etibar Əliyev 2021-ci ilin büdcə layihəsini yüksək qiymətləndiriblər. Sənədin peşəkarlıqla hazırlandığını bildiriblər. Qeyd olunub ki, növbəti ilin büdcəsində sosial yönümlülük saxlanılıb. Hər bir Azərbaycan vətəndaşı dövlətin diqqəti və qayğısı ilə əhatə olunub. Eyni zamanda, ölkənin müdafiə məsələləri, ordu quruculuğu, əsgər və zabitlərin məişət şəraitinin yaxşılaşdırılması sahələrinə də lazımi diqqət yetirilib. İşğaldan azad olunan rayonların infrastrukturunun bərpasına geniş yer ayrılıb. Layihədə ölkəmizin iqtisadi uğurları və perspektiv imkanları nəzərə alınıb. Millət vəkilləri 2021-ci ilin dövlət büdcəsini Qələbə büdcəsi kimi dəyərləndiriblər.

Sonra Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, gündəliyin ikinci məsələsi “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsidir.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi ilə bağlı (birinci oxunuş) çıxışında diqqətə çatdırıb ki, Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsi, xüsusilə aztəminatlı insanların sosial müdafiəsinin gücləndiriıməsi ölkə Prezidenti cənab İlham Əliyevin siyasətinin prioritet istiqamətidir. Müzakirəyə təqdim olunan qanun layihəsi də bu niyyəti rəhbər tutaraq tərtib edilib. Qanun layihəsi “Büdcə sistemi haqqında” qanunun tələblərinə və digər normativ-hüquqi aktlara uyğun hazırlanıb. Azərbaycan Respublikasının Hesablama Palatası qanunu ətraflı təhlil edib, barəsində müsbət rəy verib.

Fondun 2021-ci il üçün gəlir və xərcləri bərabər olmaqla 5 146 030 160,0 manat məbləğində proqnozlaşdırılıb. Bu, cari ilin büdcəsinə nisbətən 361,134 milyon manat, və ya 7,55 faiz çoxdur. Fondun gəlirlərinin 68,4 faizi məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, 31,6 faizi isə dövlət büdcəsindən transfer hesabına təmin ediləcək. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 61,59 faizi, və yaxud 2 milyard 157 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödəniləcək məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozu 1 milyard 345,43 milyon manat təşkil edir. 2021-ci ildə dövlət büdcəsindən transfertin məbləği 1 milyard 631 milyon 530 min manat nəzərdə tutulub. Büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödəniləcək məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların cari ilə nisbətən az, büdcə transfertinin isə cari ilə nisbətən yüksək proqnozlaşdırılmasını koronovirus pandemiyasının iqtisadi fəallığa göstərə biləcəyi mənfi təsirləri nəzərə almaqla ehtiyatlı büdcə siyasəti kimi izah etmək olar.

Qeyd edilib ki, 2021-ci ildə Fondun xərclərinin əsas istiqamətlərini əhaliyə əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətləri üzrə ödənişlər, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar, dəfn üçün xərclər, habelə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə ödənişlər, pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması üzrə xərclər, Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və onun yerli orqanlarının, habelə DOST agentliyinin əhaliyə sosial sahədə xidmətinin təşkili üzrə fəaliyyətinin xərcləri təşkil edir.

Fondun növbəti ilə proqnozlaşdırılan ümumi xərclərinin 97,26 faizini əhaliyə ödənişlər təşkil edəcək. Bu məbləğin 4 milyard 880 milyon 40 min manatı əmək pensiyaları, 124,74 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər hesabına təmin ediləcək. Əmək pensiyalarının sığorta hissəsinin artırılması üçün 338 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Aparılan uğurlu sosial siyasət nəticəsində əmək pensiyalarının orta aylıq məbləği ilbəil artır. 2019-cu ildə bu məbləğ 263,59 manat, 2020-ci ilin birinci yarımilliyində 297,85 manat təşkil edib, 2020-ci ilin sonunda 301,1 manata çatması, 2021-ci ildə 338,89 manat təşkil edəcəyi proqnozlaşdırılır.

Bildirilib ki, qanun layihəsi qanunvericiliyin tələblərinə uyğun hazırlanıb, sosial və büdcə siyasətinin ümumi məqsədlərinə, Azərbaycan Respublikasının büdcə sisteminin prinsiplərinə müvafiqdir və növbəti ildə vətəndaşların sosial rifahının yaxşılaşdırılması üçün etibarlı təminat yaradacaq.

(Fasilədən sonra müzakirələr davam etdirilib.)

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »