Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Palata sədri: "Məcburi dövlət sosial sığorta haqlarının yığılmasına nəzarətin artırılmasını vacib sayırıq"
Vüqar Gülməmmədov

“Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsi büdcə qanunvericiliyinə uyğun hazırlanıb”.

Bunu bu gün Milli Məclisin plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib. Dövlət Sosial Müdafiəsi Fondunun dövlət büdcəsində gələn il üçün gəlir və xərclərinin bərabər olaraq 5 milyard 146 milyon 30 min 160 manat məbləğində proqnozlaşdırıldığını nəzərə çatdıran V. Gülməməddov deyib ki, Hesablama Palatası yalnız defisit yarandıqda dövlət büdcəsindən DSMF-yə subsidiya ayrılmasının tərəfdarıdır: “Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 1 milyard 631,5 milyon manat təşkil edəcək ki, bu da cari ilin proqnozu ilə müqayisədə 442,6 milyon manat və ya 37,2 faiz çoxdur. Hesablama Palatası məcburi dövlət sosial sığorta haqlarının yığılmasına nəzarətin artırılmasını vacib sayır. Gələn il Fondun vəsaitinin əsas hissəsini əhaliyə ödənişlər, o cümədən pensiya təşkil edəcək. Orta pensiya məbləğinin orta aylıq göstərici nisbətinə yaxınlaşması davam edəcək. Pensiyanın orta aylıq tempinin inflyasiya göstəricisindən yüksək olması proqnozlaşdırır. 2021-ci ildə müavinətlərin maliyyələşdirilməsi üçün Fondun vəsaitlərinin 2,4 faizi həcmində maliyyə nəzərdə tutulub. Hesablama Palatası dəfn üçün vəsaitlərin az proqnozlaşdırıldığı qənaətindədir”.(apa)

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
Son xəbərlər
Bütün xəbərlər »