Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Türkiyənin İsraillə əlaqələrini bərpa edəcəyi ilə bağlı məlumatlara münasibət bildirib
Rəcəb Tayyib Ərdoğan

"Bizim İsraillə kəşfiyyat sahəsində əlaqələrimiz kəsilməyib və bu əlaqələr davam edir. Orada ən yüksək vəzifədə olan bəzi şəxslərlə problemlər yaşayırıq".

“Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan cümə namazından sonra jurnalistlərin sualların cavablandırarkən deyib.

“Bu təkcə İsaillə bağlı olan problem deyil. Bəzi ölkərdə də bununla qarşılaşırıq. Əgər ən yüksək vəzifədə olan şəxslərlə belə problemlər olmasaydı, Türkiyənin İsraillə əlqələri çox fərqli ola bilərdi.

Bundan başqa İsrailin xüsusən də, Fələstinlə bağlı siyasəti Türkiyə üçün qırmızı xəttdir. Həmin ölkənin fələstinli qardaşlarımıza qarşı tutduğu mövqeyi, qəddar davranışları qəbul etmək mümkün deyil. Bu bizim ədalət anlayışımıza ziddir. Eyni zamanda ölkələrin ərazi bütövlüyü baxımından qəbuledilməzdir. Bizim İsraillə fikir ayırılığımız bununla bağlıdır. Ümid edirik ki, onlarla münasibətimizi yaxşı nöqtəyə daşıya biləcəyik",- Türkiyə prezidenti vurğulayıb.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Ermənistanın baş naziri vəzifəsinə namizəd: Ordunun bərpasına azı 2-3 il lazımdır
››› Rusiya daha dörd ölkəyə uçuşları bərpa edir
Son xəbərlər
Bütün xəbərlər »