Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanı güllələməyə çağıran partiya sədrinə ittiham elan olundu
İrəvanda Respublika meydanında mitinq

Ermənistanın “Milli Təhlükəsizlik” partiyasının sədri Qarnik İsaqulyana ittiham elan edilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, müxalif siyasətçi yalan məlumatlar yaymaqda, zorakılığa çağrışda və yaxud zorakılığın təbliğində ittiham olunur.

Məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün vəsatət qaldırılıb, lakin təmin olunmayıb, ilkin istintaq davam edir.

Məlumata görə, İsaqulyana qarşı hakim “Mənim addımım” fraksiyasının lideri Lilit Makuntsun da iddia qaldırıb. O, şərəf və ləyaqətinə dəyən zərərin ödənilməsini tələb edir.

Xatırladaq ki, İsaqulyan “Youtube”da yayılan videoda "Nikolu kim güllələsə, milli qəhrəman adına layiq görülməlidir və ya bir milyon dollar mükafat verilməlidir" çağrışını səsləndirib.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »