Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DGK xətti ilə yanvar-noyabrda büdcə daxilolmalarda azalma olub
Gömrük Komitəsi

Bu ilin yanvar-noyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3 585 516,4 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5% azdır.

Bizimyol.info xəbər verir ki, DGK-dan verilən məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 8,6% azalaraq 912 995,8 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 8,2% azalaraq 2 511 070 min manata bərabər olub. Aksizlər üzrə cari ilin 11 ayı ərzində daxilolmalar 44,5% azalaraq 128 129,4 min manat təşkil edib.

Yol vergisi üzrə daxilolmaların həcmi 33 321,2 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 17,9% azdır.

Bu ilin noyabr ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 315 874,1 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 12,5% az, bu ilin oktyabr ayı ilə müqayisədə isə 0,4% çoxdur.

Bu ilin noyabr ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 2,5% azalaraq 87 298,5 min manat olub. Bu ilin oktyabr ayı ilə müqayisədə isə bu göstərici 3,1% artıb.

Həmçinin, cari ilin noyabr ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 15,9% azalaraq 212 747,9 min manat (bu ilin oktyabr ayı ilə müqayisədə 1% az), aksizlər üzrə 5% azalaraq 12 852,3 min manat (oktyabr ilə müqayisədə 7% çox), yol vergisi üzrə daxilolmalar isə 40% azalaraq 2 975,4 min manat (oktyabr ilə müqayisədə 4,3% çox) təşkil edib.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
Son xəbərlər
Bütün xəbərlər »