Çoxunu bu sual düşündürür. İmmunitet hansı halda koronavirusa daha güclü cavab verə bilir. Özü xəstələnəndən, yoxsa vaksinləşmədən sonra?
Bizimyol.infonun bu suallarına virusoloq, Biologiya elmləri doktoru, professor Aleksandr Butenko cavab verib.
“İnsanlar həm infeksiyaya yoluxduqdan, həm də vaksinasiyadan sonra ona qarşı immunitet qazanırlar. Ən vacibi budur ki, bunun nəticəsində cəmiyyətdə daha az sayda “ yanan material” qalsın, başqa sözlə virusa həssaslığı çox olan adamların sayı azalsın.
“Virusu hansı formada keçirmələrindən asılı olmayaraq insanda immunitet yaranır. Mexanizm eynidir, bu istər vaksinasiyada olsun istər təbii yolla yoluxmada. Nəticə etibarilə xəstəliyə həssas olan insanların populyasiyası məhdudlaşacaq”.
Butenko qeyd edib ki, titr anticism immunitetin mövcud olduğunu göstərən yeganə göstərici deyil. Adətən kəskin virus infeksiyalarından sonra xəstələr o virusa qarşı daha dözümlü olurlar. Bu o deməkdir ki, immunitet mütləq olmalıdır. İmmun yaddaşı ifadəsi var. Analoji oyandırıcı ilə görüş anticisimlərin sürətlə yaranmasına müdafiə sisteminin qurulmasına səbəb olur.Vaksinin pandemiyanın qarşısını almaqda effektiv olacağına inanıram”,- deyə doktor bildirib.
İlhamə