Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moldovadan Rusiyaya daha bir "yumruq": Ölkənin dili dəyişdirildi
Maya Sandu

Yeni prezidentin hakimiyyətə gəlişindən sonra Moldovada dəyişikliklər dövrü başlayıb.

Ölkənin yeni seçilmiş qadın prezidenti Maya Sandu Moldovanın Rusiyanın nəzarətindən tam olaraq çıxarılması istiqamətində addımlar atmağa başlayıb.

Vəzifəyə başladıqdan sonra M.Sandu elə ilk açıqlamalarından birində Rusiya sülhməramlılarının separatçı Dnestryanı bölgədən çıxarılmasını tələb edib. O hakimiyyətdə olduğu müddətdə Rusiya hərbçilərinin ölkənin ərazisindən çıxarılacağına nail olacağını deyib.

Kişinyov, Moldova Kişinyov, Moldova

Bizimyol.info xəbər verir ki, Rusiyameylli hakimiyyəti yola salmaqla Rusiyaya jest edən Moldovadan rəsmi Moskvanı narazı salacaq daha bir qərar gəlib. Ötən gün isə ölkənin Rusiyadan uzaqlaşdırılması üçün növbəti addım atılıb. Belə ki, bu vaxta qədər "moldovan" dili adlandırılan dil bundan sonra "rumın" dili adlanacaq.

Məsələ ondadır ki, SSRİ 2-ci Dünya Savaşından sonra Rumıniya ərazisinin bir hissəsini işğal etmişdi və həmin ərazidə "Moldoviya" adı altında müttəfiq sovet sosialist respublika yaratmışdı. Orada yaşayan rumın xalqının dilini və milliyətini "moldovan" kimi rəsmiləşdirmişdi.

SSRİ dağılandan sonra Moldova Rumıniya ilə birləşməyə cəhd etsə də, hər dəfə Rusiya bu cəhdlərin qarşısını alıb. Kreml Moldovanın Dnestryanı bölgəsində separatçılıq hərəkatı başladaraq "sülhməramlı" adı altında həmin ərazilərə soxulub və beynəlxalq hüquqa zidd olaraq oradan çıxmaq istəmir.

Vladimir Putin və İqor Dodon Vladimir Putin və İqor Dodon

Moldovanın əvvəlki prezidenti İqor Dodon Rusiyameylli mövqeyi ilə tanınırdı və ölkəsinin Rumıniya ilə sıx əlaqələrinə qarşı çıxırdı. Amma reallıqda bizim "moldovan" kimi tanıdığımız xalq rumınlardır.

Ötən gün isə Moldova prezidenti öz rəsmi saytında "moldovan" dili veriyasını "rumın" dili kimi yazdırmağa başlayıb. Bununla da M.Sandu Moldovanın öz həqiqi köklərinə qayıtması və ana vətəni Rumıniya ilə birləşməsi üçün prosesin bünövrəsini qoyub.

Ölkənin Konstitusiyasında dövlət dili "moldovan" olaraq göstərilsə də, 2013-cü ildə ölkənin dilinin "rumın" olması barədə Konstitusiya Məhkəməsinin qərarı qəbul edilib. Amma Konstitusiyada "moldovan" dili qaldığına görə qərar icra edilməmiş qalırdı. Bununla belə, yeni prezident hesab edir ki, Moldovanın Müstəqiilik Bəyannaməsində ölkənin dili "rumın" olaraq göstərilib və bu bəyannamə Konstitusiyadan üstün qanundur.

Dnestryanı bölgə Dnestryanı bölgə

Xatırladaq ki, bir neçə həftə əvvəl Moldova Parlamenti rus dilinə "etnik dil" statusu verib.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
››› Azərbaycanda daha bir vəkil vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »