Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yanvarın 1-dən tibbi soğorta haqları yığılacaq: Xəstəxanalardan şikayətlər azalacaq? - Həkimdən açıqlama
Xəstəxana

1 yanvar 2021-ci il tarixindən Azərbaycanda icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqinə başlanılacaq.

Sonuncu-üçüncü mərhələdə, 1 aprel 2021-ci il tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta ilə əhatə olunacaq.

Əhali müraciət etdiyi tibb müəssisəsində istədiyi və onu qane edə biləcək xidmətlərlə təmin olunmasını istəyir. Amma icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində “qiymət”lər baha, xidmətlər sıfırdır. Əhali dövlət xəstəxanalarından şikayətçidir.

Bizimyol.info-ya açıqlama verən həkim- farmakoloq Müşfiq Hüseynov bildirib ki, Azərbaycanda pandemik vəziyyətin kifayət qədər ağır olmasının əsas səbəblərindən biri də insanların öz sağlıq durumları haqqında çox şeyi bilməməsidir.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildiyim qədər kifayət qədər operativ və ciddi işlər görürdülər. İlk olaraq pilot proqramı kimi Yevlax, Ağdaş və Mingəçevir şəhətlərində işə başlamışdılar. 2020-ci ildə Azərbaycanın bəzi yeni bölgələrində və Abşeronda da çalışmalı idilər, amma görünür pandemiya buna imkan vermədi.

Normal, sivil öıkələrdə işi olan hər kəsin tibbi sığortası olur. Bu dövlət sektoruna da, özəl sektora da eyni dərəcədə aiddir. İşi olmayan adi vətəndaşlar öz pulları ilə sığorta ala bilərlər. Tibbi sığorta bir insanın həyatında ola biləcək ən vacib faktorlardır.

Sizə bəzi misallar çəkim. Bu gün bizdə pandemik vəziyyətin kifayət qədər ağır olmasının əsas səbəblərindən biri də insanların öz sağlıq durumları haqqında çox şeyi bilməməsidir. Minlərlə insanlar var ki, əslində diabetin bu və ya digər formasında xəstədirlər və ya hipertoniyada əziyyət çəkirlər, amma nə həkimə gedirlər, nə də labarator müayinələrə. Səbəb çox sadədir. Bunun üçün pul lazımdır. Ölkədəki qiymətləri və insanların maddi durumunu hər kəs bilir. Adi xəstəlikdə həkimə və ya xəstəxaya müraciət ən azı 400-500 manata başa gəlir. Ona görə də insanlar həkimə də, labarator müayinəyə də getməyi sevmirlər.

İndi təsəvvür edin ki, sizin tibbi sığortanız var, 40 yaşa çatmısız. Sizin görəcəyiniz ilk iş tam biokimyəvi analizdən keçmək olacaq. Bütün dəyərlərinizi ildə 2 dəfə yoxlasanız, mümkün olan, “gəlirəm” deyən bütün xəstəlikləri ilkin etapda biləcəksiz. Bundan sonra həkimə müraciət edib xəstəliyin ilkin fazasında müalicə etməyə çalışacaqsız. Ən önəmlisi nə labarator müayinə, nə həkim qəbulu, nə də dərmana pul ödəməyə gərək qalmayacaq. Bütün pulu tibbi sığorta ödəyəcək. Bunun nəyi pisdir?”,-deyə həkim M.Hüseynov bildirib.

Həkim bildirib ki sığorta paketindən asılı olaraq ora daxil olan xidmətlər dəyişəcək: “Bu praktika bütün dünyada var. Əgər siz bəzi cərrahi əməliyyatlar (transplantasiya), apparat müayinələri (radioloji) və ya deyək ki, hətta onkologi prosedurların da daxil olmasını istəyirsinizsə, o zaman paketiniz də müvafiq olmalıdır. Bizdə tətbiq olunacaq xidmətlər haqqında dəqiq bilgim yoxdur, amma bütün dünyada standart olan paketlər var.

Hər bir halda mən bu qərarı ancaq alqışlayıram və məmnumiyyətlə qəbul edəcəm. Çünki bütün xəstəliklər ilkin fazada təyin oluna bilir. Bunun üçün sadəcə həkimə və müayinəyə getmək lazımdır. Oturub xəstəliyin şiddətlənməsini gözləmək çox risklidir və biz bunu qəfləti ölümlərdə görürük. Təəssüf ki, bu gün ölkəmiz erkən ölüm faktoruna görə vəziyyət ürəkaçan deyil, bunun səbəbini isə açıqladım”.

Ramid İbrahimov

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »