Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bazar günündən etibarən İsraildə üçüncü məhdudiyyət rejimi başlayacaq
Karantin koronavirus maska dezinfeksiya

Dekabrın 27-dən etibarən İsraildə pandemiya dövrünün üçüncü məhdudiyyət rejimi başlayacaq.

Bizimyol.info xəbər verir ki,  “Jerusalem Post” qəzetinə istinadla xəbər verir ki, bu barədə qərarı İsrail hökuməti Səhiyyə Nazirliyinin təklifi ilə qəbul edib. Məhdudiyyət rejimi ən azı iki həftə və ya gündəlik yoluxma hallarının sayı 1000 nəfərə qədər azalanadək qüvvədə qalacaq. Hazırda bu göstərici 4 minə yaxındır.

Bazar günündən başlayaraq ölkədə bütün qeyri-ərzaq satışları dayandırılacaq və bütün əyləncəli tədbirlər qadağan ediləcək. Həmçinin müştərilərlə birbaşa çalışmayan kompaniyalar öz fəaliyyətini yarıbayarı azaltmalıdır. Ölkə ərazisində ictimai nəqliyyatın hərəkəti də məhdudlaşdırılacaq.

Əvvəlki məhdudiyyətlərdən fərqli olaraq, bu dəfə uşaq bağçaları və məktəblər qısaldılmış qrafik üzrə fəaliyyətini davam etdirəcək. Vətəndaşlar uşaqlarını məktəbə aparmaq və vaksinasiyada iştirak etmək halları istisna olmaqla, evlərindən bir kilometrdən çox uzaqlaşa bilməyəcək. Habelə qonaq getmək və qohumları yoluxmaq da qadağan olunacaq. Lakin vətəndaşlar açıq havada idmanla məşğul ola biləcək.

Qeyd edək ki, İsraildə koronavirus qarşı vaksinasiya artıq başlayıb. Ölkənin səhiyyə müəssisələri “BioNTech” və “Pfizer” kompaniyalarının birgə hazırladıqları vaksindən istifadə edirlər.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »