Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əhalinin inanmadığı xəstəxanalar üçün icbari tibbi sığorta haqqı toplayırlar” - Ekspert
Xəstəxana

1 yanvar 2021-ci il tarixindən etibarən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılacaq.

Ölkədə tətbiq olunan sığorta növləri üzrə xidmətlərin olmaması Azərbaycanda əhalinin sığortaya olan inamsızlığına səbəb olub.

Bəs, tibbi sığortaya da digər sığorta növləri kimi ictimaiyyətdə etibarsızlıq, inamsızlıq yaranacaqmı?

Bizimyol.info-ya açıqlama verən sığorta üzrə ekspert İlkin İbrahimov bildirib ki, tibbi sığorta haqqı əsasən dövlət xəstəxanalarında keçərlidir, əhalinin də dövlət xəstəxanalarına inamı yoxdur.

İlkin İbrahimov

“Gələn ilin yanvar ayının 1-dən aprel ayının 1-ə kimi icbari tibbi sığortaya qoşulmayan rayonlar bu sığortaya qoşulacaq. Ən son olaraq Bakı inzibati ərazisi qoşulacaq.

İcbari tibbi sığortanın haqqları bir il müddətinə 2 faizdən 1 faizə endirilib.

Belə ki sığorta haqqları əmək haqqının işəgötürən tərəfindən 1 faizi, işçi tərəfindən 1 faizi verilirdisə, gələn il sığorta haqqı yalnız 1 faiz olaraq ödəniləcək.

Tibbi sığorta isə ancaq TƏBİB-in nəzatində olan xəstəxanalarda keçərlidir. Göründüyü kimi vətəndaşların dövlət xəstəxanalarına inamsızlığı var. Təklif odur ki bu sistemı özəl sığorta şirkətləri və özəl xəstəxanalar daxil edilsin. Belə olarsa rəqabətlilik də arta bilər. Hələlik bu sistemə az sayda özəl xəstəxana daxil edilib. Ümid edirəm ki yüksək səviyyədə tibbi xidmət göstərilən özəl xəstəxanalarda da əhali sığorta haqqından istifadə edə biləcək”.

Ramid İbrahimov

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
Son xəbərlər
Bütün xəbərlər »