Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus ölkədə nikah və doğum sayını kəskin azaldıb
Toy - nikah

Koronavirun yayılma səbəli ilə toyların dayandırılması, sərt karantin rejiminin tətbiqi Azərbaycanda nikahlarının və doğumların sayının azalmasına gətirib çıxardıb.

Hətta 70 ildə ilk dəfə olaraq, 2021-ci ildə Azərbaycanda doğulanların sayı 100 mini keçməyə bilər,

Sosioloq Əhməd Qəşəmoğlu Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, 2020-ci ildə nikahların sayı, 2019-cu il ilə müqayisədə 2.2 dəfə az olub.

Əhməd Qəşəmoğlu Əhməd Qəşəmoğlu

“Nihakların sayı 2019-cu ildə 58 min ərtafında idi, bu il isə 26 min ətrafındadır. Nikahların sayı ciddi şəkildə bu qədər azalıbsa, təbii ki, yeni doğulan uşaqların sayına da təsir göstərəcək.

Digər tərəfdən insanlar indiki şəraitdə uşaq dünyaya gətiməyə ehtiyyat edirlər. Çünki yeni uşaq dünyaya gələcəksə, ana hamilə olduqda da tez-tez həkimə getməli, doğum evinə getməli, xəstəxanada qalmalıdır. Hazırda insanlar koronavirusun yayılma səbəbi ilə əlaqədar olaraq doğum evinə getməyi təhlükə hesab edir. Xəstəliklər hazırda daha çox tibbi müəssisələrdə və yas yerlərində yayılır.

Uşaq dünyaya gəldikdən sonra da tibbi xidmətlər lazım olur və bu səbəblə insanlar belə bir şəraitdə istəmirlər dünyaya uşaq gətirsinlər”.

Sosioloq doğumların sayının azalmasının iki amillə bağlı olduğunu bildirib. Bunlardan biri nikahların sayının azalması, digəri isə insanların dünyaya yeni uşaq gətirməyə ehtiyat etməsidir.

“Çoxları hazırki vəziyyətdə toy etmir ki, mən bir vaxtlar pul tökmüşəm. İndi də istəyirəm təmtəraqlı toy edim və həmin pulları yığım. Maddi tərəfi çox düşünürlər. İnsanlara demək lazımdır ki, bu vəziyyət illərlə davam edə bilər. Bu səbbələ ailə qurmağı təxirə salmaq düzgün addım deyil”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »