Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat Qarabağın Baş Planının hazırlanmasını təklif edib
Sabir Rüstəmxanlı

“2021-ci ilin büdcəsinə Qarabağ büdcəsi kimi baxırıq”.

Bunu bu gün Milli Məclisin plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Millət vəkili deyib ki, ordu işini görüb: “İndi Qarabağın Baş Planı hazırlanmalı, torpaqlar minadan təmizlənməli, məcburi köçkünlər geri dönməlidir. Vətən müharibəsindən sonra insanlara yeni gözlə baxılmalıdır. Yüksək insani münasibətlər, ədalət mühiti hökm sürməlidir. Bu məsələdə məsuliyyət hökumət üzvlərinin üzərinə düşür. Buna görə də şəhid ailələrinə, qazilərə dövlətin qayğısının xırda məmurlar tərəfindən kölgələnməsinə qətiyyən yol vermək olmaz. Sosial dəstəyin ünvanlılığı ilə bağlı çərçivə daha dəqiq hazırlanmalıdır. Yeri gəlmişkən, Neftçalaya su çəkilib, ancaq şəhərdə su paylama və kanalizasiya sistemi yoxdur. Rayonun bir çox kəndləri qazlaşdırılmayıb”.(apa)

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »