Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sərt karantin uşaqların doğulmasının qarşısını çox təsirli şəkildə alır”
Körpə - Uşaq

“70 ildə ilk dəfədir ki, Azərbaycanda doğulanların sayı 100 mini keçməyə bilər, hətta bəlkə 80-90 minə düşdü. Söhbət 2021-ci ildən gedir.Sonuncu dəfə belə hal 1950-ci ildə olub. Səbəb isə sərt karantin məhdudiyyətləridir”.

Bizimyol.info xəbər verir ki, REAL Partiyasının sədri İlqar Məmmədov bildirib ki, son 50 il ərzində ən çox uşaq 1991-ci ildə (190 min), ən az isə 2001-də doğulmuşdu (110 min). Son beşillikdə orta hesabla hər il 140-150 min uşaq doğulurdu.

Ilqar Məmmədov İlqar Məmmədov

“Doğum sayındakı oynamanın müxtəlif səbəbləri olur, o cümlədən əvvəlki müharibələrin və digər şokların demoqrafik dalğaları. Amma ən çox təsir edən amillərdən biri nikah sayıdır. Bu amilin təsiri getdikcə daha da artır, çünki əvvəllər ailələr 2-4 uşaq dünyaya gətirirdisə, indi 1-3 uşaqla kifayətlənir.

Nikah sayı son 5 il ərzində ildə 62-68 min arasında olub. Amma 2020-ci ilin 10 ayında heç 30 minə çatmadı. Bu isə, gələn il doğulmayan on minlərlə birinci uşaq deməkdir. O ki qaldı ikinci uşağa, sərt karantin rejimi yüz minlərlə vətəndaşı işsiz, çətin iqtisadi durumda qoyduğu bir halda onların mart ayından bu yana evdə qalıb ikinci uşaq planlaşdırmaları heç inandırıcı gəlmir”.

İlqar Məmmədov onuda qeyd edib ki, dövlət hər ailədə ikinci uşağın doğulmasını həvəsləndirən yeni sosial dəstək paketi ilə çıxış etməlidir.

“Beləliklə, sərt karantin bir tərəfdən diriləri qorumur, digər tərəfdən isə uşaqların doğulmasının qarşısını çox təsirli şəkildə alır. Sözü gedən azalma baş verərsə, dövlət hər ailədə ikinci uşağın doğulmasını həvəsləndirən yeni sosial dəstək paketi ilə çıxış etməlidir və bu mövzunu diqqət mərkəzində saxlamalıyıq”.

Leyla

Paylaş »
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› "Qarabağla bağlı gərginlik yenidən başlaya bilər" - Andrey Manoylo
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »