Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik Xəzərdə suyun səviyyəsinin düşəcəyinə dair iddiaya münasibət bildirib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

"Xəzər dənizi qapalı hövzə olduğundan burada periodik olaraq səviyyə dəyişmələri baş verir. Lakin Xəzərin unikal əlamətlərindən biri də ondan ibarətdir ki, bunun səbəbləri indiyədək alimlər tərəfindən tam və birmənalı qiymətləndirilmir".

Bizimyol.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə bildirib.

Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır: "Çoxillik məlumatların təhlili göstərir ki, Xəzər dənizinin səviyyəsi -20 və -34 metr arasında dəyişib. 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə çataraq -29 metrə qədər azalıb. Lakin 1977-1995-ci illər ərzində suyun səviyyəsi 2,5 metr artaraq -26,5 metrə çatıb. 1995-ci ildən dəniz səviyyəsində yenidən azalma müşahidə olunmağa başlayıb. Ən gözəçarpan azalma (1 metrə yaxın) 2006-2015-ci illərdə baş verib. 2015-2017-ci illərdə səviyyə qismən stabilləşsə də, yenidən enməyə başlayıb”.

Nazirlik rəsmisinin sözlərinə görə, dəniz səviyyəsinin dinamikası barədə uzunmüddətli proqnoz vermək mümkün deyil. Çünki bugünədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb: "Xəzərin səviyyəsinin bir çox amillərdən asılı olduğunu nəzərə alsaq, həmin amillərin dəyişməsinin dəqiq proqnozu, ssenarisi olmalıdır. Səviyyə tərəddüdünə gətirib çıxaran amillərdə kifayət qədər qeyri-müəyyənliklər olduğuna görə, məncə belə bir uzunmüddətli proqnoza skeptik yanaşmaq lazımdır”

Qeyd edək ki, almaniyalı və hollandiyalı tədqiqatçıların “Nature Communications Earth & Environment” jurnalında yayımlanan araşdırmasına əsasən, Xəzər dənizində suyun səviyyəsi 2100-cü ilə qədər 9-18 metr enəcək. Bu isə öz növbəsində bir sıra problemlərə, o cümlədən ekoloji fəsadlara səbəb olacaq, eyni zamanda, regionun iqtisadi və siyasi stabilliyinə təsir edəcək.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
››› Azərbaycanda daha bir vəkil vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »