Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Fövqəladə Hallar Nazirliyi Rusiyanın göndərdiyi humanitar yardımı qəbul edib - Video
FHN Rusiyadan Şuşa və Xankəndi şəhərlərinə göndərilmiş yardımı müşayiət edib - Video

Dekabrın 24-də Azərbaycan Fövqəladə Hallar Nazirliyi Bərdə rayonu ərazisində yerləşən Bərdə dəmiryolu stansiyasında Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi tərəfindən göndərilmiş növbəti humanitar yardım karvanını qəbul edib.

Bizimyol.info xəbər verir ki, FHN-in mətbuat xidmətindən verilnə məlumata görə, 9 vaqondan ibarət humanitar yardım əsasən, tikinti materialları, texniki və məişət avadanlıqlarından ibarətdir.

Qeyd edək ki, 24 dekabr tarixinədək Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi tərəfindən Azərbaycana ümumilikdə 54 vaqon, 25 yük avtomobilindən ibarət yardım göndərilib. Gətirilən yardımın Vətən Müharibəsi dövründə düşmənin mərmi və raket atəşləri nəticəsində döyüş bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrində ziyan çəkmiş mülki əhalinin əmlakının təmiri və bərpası işləri zamanı istifadə olunması nəzərdə tutulur. Onu da qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən həm əməkdaşlıq çərçivəsində göndərilən yardımlar, həm də sülhməramlılar üçün ünvanlanan yüklər Azərbaycan Respublikasının ərazisindən çatdırılır.

Paylaş »
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Azərbaycan əsgəri minaya düşərək həlak olub
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
Son xəbərlər
Bütün xəbərlər »