Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyanın mətbuat orqanları Azərbaycan səfirinin videomüsahibəsini yayıb
İtaliya

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın nüfuzlu “Askanews” xəbər agentliyinə Azərbaycan-İtaliya strateji tərəfdaşlığı çərçivəsində 2020-ci ilin yadda qalan hadisələri və yekunlarına dair videokonfrans formatında müsahibə verib.

Bizimyol.info xəbər verir ki, iki hissədən ibarət videomüsahibə “Askanews” xəbər agentliyi ilə yanaşı, “İl Sole 24 Ore“, “Formiche”, “Affari Italiani”, “Quotidiano”, “Virgilio”, “İl Giornale d'Italia”, “Notizie Tiscali”, “Yahoo Style”, “Notizie Yahoo”, “Domiplay”, “Sports Yahoo”, “Timgate”, “Today”, “Rassegnastampa News” və sair kimi kütləvi informasiya vasitələri tərəfindən də yayılıb.

“İtaliya-Azərbaycan tərəfdaşlığında uğurlu il” başlığı ilə yayılmış videomüsahibənin birinci hissəsində Azərbaycan diplomatı 2020-ci ilin Azərbaycan-İtaliya strateji tərəfdaşlığında böyük uğurlarla yadda qaldığını vurğulayıb, Prezident İlham Əliyevin İtaliyaya tarixi dövlət səfəri, həmin səfər vaxtı iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələri ilə əlaqədar imzalanmış 26 sənəd, xüsusilə də Prezident İlham Əliyev və Baş nazir Cüzeppe Konte tərəfindən imzalanmış “Azərbaycan Respublikası və İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”nin tarixi əhəmiyyəti haqqında danışıb. Diplomat, eləcə də cari il ərzində iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında danışaraq, bu xüsusda Trans Adriatik qaz boru kəmərinin tikintisi üzrə işlərin başa çatdığını, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı, ən böyük ixrac məntəqəsi, Azərbaycanın isə Cənubi Qafqazda italyan mallarının əsas idxalçısı olduğunu bildirib. Növbəti planlara toxunan diplomat iqtisadi sahədə bir sıra yeni layihələrin həyata keçiriləcəyini, humanitar sahədə əsas məqsədin iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət göstərəcək Bakıda Azərbaycan-İtaliya Universitetinin təsis edilməsi olduğunu deyib.

“İtalyan şirkətləri yenidənqurma işlərində” başlığı ilə videomüsahibənin ikinci hissəsində diplomat 2020-ci ilin Azərbaycan torpaqlarının Ermənistanın hərbi işğalından azad olunması kimi tarixi nəticə ilə yadda qaldığını, Vətən müharibəsi günlərində İtaliya siyasi çevrələri tərəfindən Azərbaycanla həmrəyliyin nümayiş etdirildiyini qeyd edib. Səfir müharibə bitdikdən dərhal sonra, öncə İtaliya parlamentinin əsas siyasi partiyalarının təmsilçiləri olan senator və deputatlardan ibarət nümayəndə heyətinin Azərbaycana gəlməsini, Bakı ilə yanaşı, Ermənistan ordusunun raket atəşinə məruz qalmış Gəncə şəhərinə və işğaldan azad olunmuş Ağdam şəhərinə səfər etməsini, bunun ardınca İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan-İtaliya arasında iqtisadi əməkdaşlığa dair Hökumətlərarası birgə Komissiyanın həmsədri Manlio Di Stefanonun da Azərbaycana səfər edərək Ağdam şəhərini ziyarət etməsini bu həmrəyliyin davamı kimi xarakterizə edib. Diplomat Ermənistanın hərbi işğalı vaxtı ərazilərimizin tamamilə dağıdıldığını, yerlə-yeksan olunduğunu, həmin ərazilərin minalardan təmizlənməsi, bərpası və yenidən qurulması, azərbaycanlı məcburi köçkünlərin həmin ərazilərə qayıtması üçün müvafiq şəraitin yaradılması planları barədə danışıb və bunun Azərbaycan-İtaliya əməkdaşlığının daha da dərinləşməsinə böyük perspektivlər açdığını söyləyib.

Bu istiqamətdə artıq ilk addım kimi İtaliyanın “Ansaldo Energia” şirkəti ilə “Azərenerji” arasında işğaldan azad olunmuş ərazilərdə 4 yarımstansiyanın təchizatı müqaviləsinin imzalandığı barədə məlumat verərək gələcəkdə müvafiq yeni müqavilələrin də imzalanacağına ümidvar olduğunu bildirib.

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
››› Həkim pandemiyanın bitəcəyi tarixi açıqladı
Son xəbərlər
Bütün xəbərlər »