Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda 10 noyabrdan bu yana 1059 erməni əsgərinin meyiti tapılıb, azı 537-si axtarılır
Ermənilər qəbirlərdən sümük daşımaqda davam edir - Video

Noyabrın 10-da, hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli razılaşmanın əldə olunmasından sonra Qarabağda bu günə qədər 1059 erməni əsgərinin meyiti tapılıb.

Rusiya sülhməramlı qüvvələrinin qərargahının açıqladığı məlumatda isə deyilir ki, qaynar xəttə 537 itkin erməni hərbçisi barədə müraciət daxil olub, bu məlumatlar axtarış dəstələrinə təqdim edilib.

Ermənistan Səhiyyə Nazirliyinin bir neçə həftə əvvəl açıqladığı məlumata görə şəxsiyyəti təsdiqlənərək dəfn edilmiş hərbçilərin sayı 2900 nəfərə yaxın idi. Həmin vaxt Dağlıq Qarabağdakı qondarma rejim də öz “ordusunun” rəsmən təsdiqlənən itkilərini açıqlamışdı-təxminən 1900 nəfərə yaxın. Beləliklə, döyüş zonalarından tapılan meyitləri və itkin düşənlər barədə rəqəmi də bunlara əlavə edəndə düşmənin 44 günlük müharibədəki itkilərinin sayı 7 min nəfərə yaxındır. Bu, Azərbaycan ordusunun itkilərindən 2 dəfədən də çoxdur.(virtualaz.org)

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »