Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da polis daha bir silahsız afroamerikalını güllələyib
ABŞ polisi

ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində polis əməkdaşı əlində cib telefonu olan silahsız qaradərili şəxsi vuraraq öldürüb.

Bu barədə “CNN” telekanalı məlumat yayıb.

Məlumata görə, polis işçisi Adam Koy çağırışla bir yaşayış binasına gəlib. Zəng edən şəxs avtomobil mühərrikinin səsini eşitdiyini bildirib. Koy evlərdən birinin qarajının yaxınlığında bir afroamerikalının yaxınlaşdığını görüb. O, sol əlində cib telefonu tutubmuş, sağ əlini isə polis məmuru görə bilməyib.

Polis məmurunun hansı səbəbdən afroamerikalıya atəş açdığı hələ məlum deyil. Qaradərili Andre Moris Hill aldığı xəsarətdən yerindəcə keçinib. Baxış zamanı onun yanında silah aşkar edilməyib. Sonradan məlum olub ki, afroamerikalı yanında dayandığı evə qonaq gəlibmiş.

İnsident A.Koyun sinəsində olan kamera ilə qismən çəkilib. Səs qeydini isə o, yalnız Hilli vurandan sonra işə salıb. Polis məmuru baş verənlərlə əlaqədar xidmətdən kənarlaşdırılıb. Yerli icra orqanları faktla əlaqədar araşdırmalar aparır.(apa)

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Avropada erməni olmaq: Erməni kimliyi və diasporasının ikinci sığınacaq “vətəni”: “Fransa erməniləri”, yoxsa “erməni əsilli fransızlar”
››› Azad edilən torpaqlar necə məskunlaşacaq: Əkin sahələrini yenə də məmurlar ələ keçirəcəkmi...
››› Rusiya sülhməramlıları səlahiyyətini aşdı: “Qarabağda təlimlər keçən sülhmərəmlılar döyüşə hazırlaşır” - Politoloq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »