Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvan məhkəməsi Paşinyanın əleyhdarlarını həbsdən azad edib
İrəvan, Ermənistan

Yerevanda məhkəmə müxalif mövqedə olan, bir gün əvvəl zorakılıq çağırışlarında şübhəli bilinərək saxlanılmış Ermənistan Polisinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin keçmiş rəisi, polkovnik Sayat Şirinyanı həbsdən azad edib.

Bu barədə onun vəkili Aram Vardevanyan bildirib.

Bundan başqa, “168.am” onlayn resursunun məlumatına görə, cümə axşamı Yerevan məhkəməsi həmçinin "zorakılığa ictimai çağırış, zorakılığa ictimai bəraət və zorakılığın təbliğatı” maddəsi üzrə şübhəli bilinərək saxlanılmış müxalif "Milli təhlükəsizlik" partiyasının lideri Qarnik İsaqulyanı da azad edib. Bu maddə üzrə maksimum azadlıqdan 1 il məhrum edilmə cəzası nəzərdə tutulur.

Yerevanda müxalifətin aksiyaları keçirilir. Aksiyaların iştirakçıları Qarabağda atəşin dayandırılması haqqında sazişi imzalamış baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.(report)

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Nikol Paşinyanın ailəsi Moskvada mənzil axtarır
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »