Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya sülhməramlıları Xankəndinin şimal ətrafını minalardan təmizləyib
Rus sülməramlıları - mina axtaranlar

Rusiyalı mühəndis birləşmələri Dağlıq Qarabağda 280 hektardan çox ərazini minalardan təmizləyib və 9 mindən çox partlayıcı qurğunu zərərsizləşdirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri Xankəndinin şimal ətraflarının minalardan təmizlənməsi işini tamamlayır. Əməliyyat zamanı 280 hektardan çox ərazi, 107 kilometrə yaxın yol, 452 yaşayış binası təmizlənib. 9 mindən çox partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib”, - məlumatda belə deyilir.

Məlumatda qeyd olunur ki, “Rusiya sülhməramlıları minaların təmizlənməsində dağlıq ərazilərdə və hava şəraitinin pisləşməsi zamanı minalardan təmizləmə işini yüksək sürətlə həyata keçirməyə imkan verən müasir robot texnikalarından istifadə edirlər”.(apa)

Paylaş »
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Vaksinasiya ilə əlaqəli qalmaqal: Peyvənddən imtina edənlərə həkimdən açıqlama
››› Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb, bölgələrə qar yağıb
Son xəbərlər
Bütün xəbərlər »