Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda evi tərk edən COVID-19 xəstəsi saxlanılıb
Polis - Cərimə

Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Dəyirmanlı kənd sakini, 1985-ci il təvəllüdlü Bayramov Tural Əlikram oğlu COVID-19 virusunun daşıyıcısı olduğu halda yaşayış yerini tərk etdiyi üçün saxlanılıb.

”Report” xəbər verir ki, dekabrın 17-də Tural Bayramovun COVID-19 xəstəliyi ilə bağlı verdiyi testin cavabı müsbət çıxıb. Buna görə də həkimlər ona 14 gün evdə qalaraq müalicə olunmasını və çölə çıxmamasını tövsiyə ediblər. Lakin həkimlərin tövsiyəsinə məhəl qoymayan Tural Bayramov yaşadığı yeri tərk edərək virusun digər insanlara yayılma təhlükəsi yaradıb.

Polis əməkdaşları dərhal Tural Bayramovun yerini təsbit edərək saxlayıb və profilaktik söhbətlər etdikdən sonra onu yaşadığı evə geri qaytarıblar. Hazırda faktla bağlı Kürdəmir RPŞ-də araşdırma aparılır.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
Son xəbərlər
Bütün xəbərlər »