Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı - 25 dekabr, 2020
Bürclər

Bizimyol.info 25 dekabr, 2020-ci il tarixi üçün ulduz falını təqdim edir:

Qoç - Ciddi işlər üçün uğurlu gündür. Diqqətinizi cəmləyə biləcəksiniz, heç nəyi dəqqətdən buraxmayacaqsınız. Çətin vəziyyətə düşmüş yaxınlarınıza kömək edə bilərsiniz.

İşgüzar hissiyyatınız sizə kömək edəcək. Maliyyə əməliyyatları üçün yaxşı gündür. Uğurlu alış-veriş baş tuta bilər.

Buğa bürcü Buğa bürcü

Buğa - Günün birinci hissəsi ünsiyyət üçün əlverişli vaxtdır. Yaxşı təəssürat yaratmaq istədiyiniz adamlarla görüşün. Maraqlı iş təkliflərinin olması da mümkündür. Bəzi Buğalar öz peşəkar mövqeyini yaxşılaşdıracaq. Xoş tanışlıqlar baş tuta bilər. Günün sonuna yaxın hədiyyələr və sürprizlər mümkündür.

Əkizlər - Həyatınızda əsaslı dəyişikliklər və önəmli hadisələr gözlənilmir. Amma sevinc gətirən hallar olacaq. Özünüzü və yaxınlarınızı sevindirmək imkanınız olacaq. Bunun üçün bir qədər səy göstərin və fantaziyanızı işə salın. Ulduzlar sizə yardım etməyə hazırdır.

Xərçəng bürcü Xərçəng bürcü

Xərçəng - Qərarlı hərəkətlərdən çox istirahət və düşüncələr üçün uyğun bir gündür. İş və biznesinizlə bağlı məsələlrədə qərar verməyə tələsməyin. Əvvəlcə daha çox məlumat toplayın, təhlil edin, təcrübəli adamlarla məsləhətləşin. Bəzi Xərçənglər əvvəllər onlar üçün sirr olan məsələlərdən xəbər tutacaqlar.

Şir - Ünsiyyət qurmaq üçün yaxşı bir gündür. Köhnə dostlar və təzə tanışlarla görüşlər sevinc gətirəcək. Öz imkanlarınızı göstərmək üçün fürsət yaranacaq, özünüz və ətrafdakılar üçün faydalı olduğunu göstərə biləcəksiniz. Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Bilik və istedadınız üçün yeni meydan açıqla bilər.

Qız - Zəngin bir gün gözlənilir. Çoxlu işləriniz olacaq. Planlamadığınız işləriniz də çıxacaq. Yeni vəziyyətdən baş açmaq üçün zaman tələb olunacaq, amma öhdəsindən gələcəksiniz. Ətrafdakılar adətən, məsləhətlər verirlər, amma heç də həmişə yaxşı məsləhət olmur. İntuisiyanız sizə hansı məsləhətləri nəzərə almaqğın lazım olduğunu deyəcək.

Tərəzi bürcü Tərəzi bürcü

Tərəzi - Gərgin emosional bir gün olacaq. Siz həmişə olduğundan daha çox səbrsiz və əsəbisi olacaqsınız. Ətrafdakılara iynəli sözlər deyəcəksiniz. Özünüzü tikanlı zarafatlardan da saxlaya bilməyəcəksiniz. Çalışın mehriban olun. Bu , özünzü və ətrafdakılar üçün rahat şərait yaradacaq.

Əqrəb - Məhsuldar gün olmayacaq. İşlərinizə köklənməkdə çətinlik çəkəcəksiniz. Həmişə gördüyünüz işlər darıxdırıcı görünəcək. Maraqlı məşğuliyyət tapa bilməyəcəksiniz. Amma dostlarla görüşmək imkanı olacaq. Köhnə hobbinizə qayıtmaq fürsəti yaranacaq. Gözləmədiyiniz mənbədən pul ala bilərsiniz.

Oxatan - Uğurlu gün sayıla bilməz. İşlərinizdə səmərəli olmaq çətin alınacaq. Tez-tez diqqətiniz yayınacaq. Diqqətə layiq olmayan boş-boş şeylər barədə daha çox fikirləşəcəksiniz. Yeni ideyalar yaranacaq, amma anında qiymətləndirə bilməyəcəksiniz. Gün ərzində boşuna vaxt itirəcəksiniz.

Oxatan bürcü Oxatan bürcü

Oğlaq - Bir çox problemlərin öhdəsindən uğurla gələcəksiniz. Diqqətli olun, xırda detalları nəzərdən qaçırmayın. Məhz bunun sayəsində xoşagəlməz hadisələrdən qaça biləcəksiniz, hədəflərinizə çatacaqsınız, qarışıq vəziyyətlərdə doğru qərarlar verəcəksiniz.

Dolça - Yaxşı olar ki, günün əvvəlində fəaliyyət planı tutasınız və bütün hallarda o plana əməl edəsiniz. Boş şeylərə vaxt itirməyin. İmkan daxilində boşboğaz söhbətlərdən qaçın. Başqalarının fikirlərinə qulaq asmayanlarla mübahisə etməyin. Ünsiyyətinizdə diqqətli olun. Ətrafdakıların qanını qaraltmağı xoşlayan adamlardan uzaq durun.

Balıq bürcü Balıq bürcü

Balıqlar - Çətinliklər istisna deyil. Siz nikbinliyiniz və özünüzə inam sayəsində çətinliklərin öhdəsindən gələcəksiniz. Həyat sevginiz ətrafdakıların da ürəyini açacaq. Sizinlə ünsiyyətdə olanlarda yaxşı təəssürat yaradacaqsınız.  Çoxları həvəslə sizə kömək edəcək, məsləhətlər verəcək.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Azərbaycan əsgəri minaya düşərək həlak olub
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
Son xəbərlər
Bütün xəbərlər »