Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Paşinyan Əliyev qarşısında gizli öhdəliklər götürüb" - Ermənistan mətbuatı
İlham Əliyev, Nikol Paşinyan

"Ermənistanın baş naziri Nikol Paşinyan düşmənə verdiyi və başqalarına məlum olmayan hansısa vədlərə sakitcə əməl edir",- deyə analitik Karen Bekaryan hökumət binası qarşısında keçirilən aksiya zamanı ölkəsinin mətbuatına verdiyi açıqlamada bildirib.

Bizimyol.info xəbər verir ki, K.Bekaryan indi baş verənlərin başqa bir izahının olmadığını düşünür: "Hazırda onun Ermənistanın dövlət sərhədləri ilə bağlı etdiklərinin başqa bir izahı yoxdur. Paşinyan "Artsax" (Qarabağ - red.) əraziləri ilə bağlı etdiklərini indi də Ermənistan sərhədi ilə edir ki, həll variantı Azərbaycanı da razı salsın".

İrəvanda Respublika meydanında mitinq İrəvanda Respublika meydanında mitinq | Foto: Deutsche Welle

Analitik hesab edir ki, ortada gizli vədlər var: "Yeganə məntiqli izah budur ki, Paşinyan Əliyev qarşısında əlavə öhdəliklər götürüb və xalqa hər hansı sənəd təqdim edilmədən həmin öhdəliklərə lal-dinməz əməl edir".

O bildirib ki, demarkasiyanın hazırda həyata keçirildiyi prinsip 9 noyabr üçtərəfli bəyanatında da nəzərdə tutulmayıb: "Bu o deməkdir ki, sənin (Paşinyanın - red.) xalqa təqdim etmədiyin, açıqlamadığın başqa bir sazişin də var. Sən bu gün hansı sazişdən çıxış edirsən ki, adamlar öz evlərindən çıxmalı olurlar?"

Xatırladaq ki, bu gün müxalifət hökumət binası ətrafına toplaşaraq iclasın başlanmasına mane olmaq istəsə də, iclas nəzərdə tutulduğu kimi saat 11-də başlayıb. Etirazçılar tələb ediblər ki, hökumət üzvləri ya Paşinyanın istefası layihəsini təqdim etsinlər, ya da çıxıb etiraf etsinlər ki, "satqın Nikol"un tərəfindədirlər.

Şurnux qəsəbəsi Şurnux qəsəbəsi

Son günlər Ermənistanın "Sünik" (Zəngəzur) vilayətində aramsız etiraz aksiyaları keçirilir. Belə ki, orada keçmiş SSRİ zamanında olduğu kimi sərhədlərin demarkasiyası nəticəsində bəzi magistral yolların müəyyən hissələri və bir sıra yaşayış məntəqələri Azərbaycana qaytarılır. Azərbaycan sərhədlərinin bir sıra şəhər, kənd və qəsəbələrin, o cümlədən bir hava limanının 100-200 metrlik yaxınlığına gedib çıxması həmin ərazilərdə əhalini qorxuya salıb.

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »