Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Devalvasiyaya görə tənqid olunan Mərkəzi Bankın sığorta nəzarəti də çox uğursuz olub" - Ekspert
İlkin İbrahimov

Gələn il gözlənilən devalvasiyaya görə pul siyasəti tənqid olunan Mərkəzi Bankın sığorta fəaliyyəti də bu gün tənqid olunur.

Bizimyol.info-ya açıqlama verən sığorta eksperti İlkin İbrahimov bildirib ki, Mərkəzi Bank requlyator təyin edildikdən sonra sığorta sektorunda inkişaf müşahidə edilməyib, sığorta şirkətləri bağlanıb.

Ekspert qeyd edib ki, son 3 ildə tez-tez sığorta sahəsinə nəzarət edən qurumlar dəyişdirilir: “Son bir ildi bu sahəyə nəzarət edən Mərkəzi Bankın fəailiyyəti qənaətbəxş deyil. Bu müddətdə Mərkəzi Bank sadəcə 4 sığorta şirkətlərini bağladı.

Sığortada əsas requlyator dediyimiz Mərkəzi Bank səlahiyyət dairəsi get gedə daralır”.

Ekspert bildirib ki, son illərdə sığortaya nəzarət edən qurumların sayı artırılıb: “Son 3 ildə dövlət requlyatordan aldığı sığorta sahələri aşağıdakılardır:

-İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaranıb. Bu sahəyə illik 1 milyard manatı sığorta haqqı tək dövlət büdcəsindən ayrılır. Müqayisə üçün deyim ki, həyat və qeyri-həyat sığorta illik yığımlar 700-800 milyon manatdır.

-Aqrar xidmətlər üzrə Aqrar Sığorta Fondu yaradıldı. Kənd Təsərrüfatı Nazirliyinin tərkibində yaranıb. Formal olaraq nəzarətçi Mərkəzi Bankdır. Dövlət 50 faiz sığorta haqlarını özü ödəyəcək.

-Əmanətlərin Sığortalanması Fondu da müstəqil qurumdur. Cari hesabların sığortalanması bu qurumun məqsədləri olmasa da, bu ay edilən dəyişikliklə fondun səlahiyyətləri genişləndi və hətta 20 min manatadək sahibkarların cari hesabları bu fond tərəfindən sığortalanacaq.

Ümumiləşdirərək qeyd etmək istərdim ki, 1 illik Mərkəzi Bankın sığorta nəzarəti çox uğursuz olub”.

Ramid İbrahimov

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »