Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyandan Ermənistanı ayağa qaldıran kəndlər barədə açıqlama - Fotolar
Nikol Paşinyan

"Hazırda Sünik (Zəngəzur - red.) vilayətində sərhəd-keçid məntəqələri var ki, bu da müəyyən çətinliklər yaradır",- deyə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün verdiyi açıqlamada bildirib.

Bizimyol.info xəbər verir ki, baş nazirin fikrincə, hazırda aparılan işlər "Sünik" və ümumilikdə Ermənistanın təhlükəsizliyi üçün vacibdir: "İstənilən halda bizim mövqeyimiz, Müdafiə Nazirliyinin mövqeyi belədir ki, müxtəlif formalarda şərh edilən bu fəaliyyət nəticəsində Sünik vilayətinin təhlükəsizliyini artıracağıq. Biz Sünik və ümumilikdə Ermənistan üçün yeni təhlükəsizlik zəmanətləri yaradırıq.

Əlbəttə orada iki yaşayış məntəqəsi var ki, müəyyən suallar doğurur. Biri Sünikin Vorotan (Şahverdilər - red.) kəndidir, digəri isə Şurnux qəsəbəsidir. Burada müəyyən sərhəd problemləri var. Bu problemlərlə bağlı gündəlik işlər aparılır. Bu məsələlər müəyyən ağrılı nəticələrə gətirib çıxara bilər. Amma əmin edirəm ki, vətəndaşlarımızın ortaya çıxa biləcək problemlərinin həlli üçün hökumət tam təzminat ödəyəcək, vətəndaşlarımızın hüquqları qorunacaq."

Şahverdilər kəndinə gedən yol Şahverdilər kəndinə gedən yol

Baş nazir deyib ki, bu mövzularla bağlı yalan məlumatlar yayılır: "Məsələn, bir hadisə ilə bağlı müxtəlif mövqelərdən yüzlərlə məqalə yayıla bilər. Bir daha deyirəm ki, Sünik və Ermənistanın beynəlxalq miqyasda tanınan sərhədlərinin güzəşt olunmasından söhbət də gedə bilməz.

Hazırkı mərhələdə sərhəd məntəqələri müəyyən edilir, məqsəd odur ki, təhlükəsizlik təmin olunsun. Bu məntəqələr elə yerləşdirilir ki, müəyyən təhlükəsizlik sistemi qurulsun. Bütün bunlar təhlükəsizlik məqsədilə edilir. Əlbəttə ki, indi yeni situasiya yaranıb və bu vəziyyət müəyyən emosiyalara gətirib çıxarır.  Biz bu mərhələni mümkün qədər sakit adlamalıyıq ki, yeni təhlükəsizlik sisteminin tam işləməsinə nail olaq. Biz bu sistemi nəzəri olaraq yaratmışıq, indi qalır onu praktikada həyata keçirmək".

Şurnux qəsəbəsi Şurnux qəsəbəsi

Nikol Paşinyan deyib ki, bu gün səhər o, sərhəd qoşunlarının komandanı ilə danışıb və prosesin sakit keçməsi üçün müəyyən göstərişlər verib: "Mən bu mövzunu baş nazirin müavini Tiqran Avinyan, müdafiə naziri, Milli Təhlükəsizlik Xidmətinin rəisi və Baş Qərargah rəisi ilə də müzakirə etdim. Biz santimetrə qədər dəqiqliklə bilirik ki, harada problemimiz çıxa bilər. Bundan başqa ilkin məsləhətləşmələr 10 gün əvvəl baş tutub. Həmin rayonların sakinləri ilə ilkin söhbətlərin aparılması və onlara ətraflı məlumat verilməsi barədə göstəriş verilib. Bu nə prosesdir? Bunun məqsədi nədir? Başlıcası odur ki, dövlət vətəndaşlara dəyə biləcək əmlak zərərinin təzminatını ödəsin".

İrəvanda Respublika meydanında mitinq İrəvanda Respublika meydanında mitinq | Foto: Deutsche Welle

Qeyd edək ki, son günlər yuxarıda adı çəkilən yaşayış məntəqələrinin Azərbaycana qaytarılması ilə bağlı söhbətlər bütün Ermənistanı ayağa qaldırıb. Müxalifət vəziyyətdən istifadə edərək Paşinyanı Ermənistanın ərazilərini Azərbaycana verməkdə günahlandırır. Amma reallıqda sərhədlərin SSRİ vaxtında olduğu kimi demarkasiya olunması barədə razılıq əldə olunub. Həmin sərhədlər çərçivəsində isə haqqında danışılan kəndlər Azərbaycan ərazisinə düşür. Bundan başqa gələcəkdə Qazaxın kəndləri və Naxçıvanın bir kəndi də Azərbaycana qaytarılmalıdır.

Amma Ermənistanda bir çoxları düşünür ki, proses bununla dayanmayacaq, Azərbaycan irəliləməyə davam edəcək. Ona görə də hazırda Ermənistanda çoxlarını artıq yeni ərazilər qazanmaq yox, öz ölkələrinin dövlət olaraq mövcudluğunu qorumaq narahat edir.

Xatırladaq ki, sərhədlərin demarkasiyası Ermənistanda dövlət çevrilişi çağırışlarına gətirib çıxarıb. Bu gün səhər hətta buna cəhd edilib, ardınca hüquq-mühafizə orqanları buna cəhd edənlərə qarşı əməliyyatlara başlayıb.

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »