Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KİV: Rusiya XİN-dən 1 milyon ABŞ dolları oğurlanıb
Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyinin Moskvadakı əsas binasından müxtəlif valyutalarda 1 milyon dollardan çox pul vəsaiti qanunsuz yolla çıxarılıb.

“Report” xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

İtkinin aşkarlanmasından dərhal sonra Rusiya XİN-in Valyuta və maliyyə departamentinin aparıcı ekspert-mütəxəssisi, 49 yaşlı Natalya Aqaltsova əsas şübhəli kimi saxlanılıb.

Bundan əlavə, Aqaltsovanın bir yerdə yaşadığı 29 yaşlı Vasili Makovoz əlbir şəxs qismində saxlanılıb. Ancaq bir neçə gündən sonra onlar sərbəst buraxılıblar. Amma bir müddət sonra Aqaltsova barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığına dəyişdirilib, Makovoz isə rəsmi olaraq şübhəli olmaqdan çıxıb.

Qeyd olunur ki, İrandan konsulluq xidmətləri müqabilində alınan və diplomatik poçtla Moskvaya çatdırılan 1 066 638 ABŞ dolları məbləğində vəsait oğurlanıb.

Oğurlanmış pulların indi harada olduğu bilinmir.

Aqaltsovanın qonşusu şübhəlinin ondan qutu aldığını, amma qutunun içində nə olduğunu bilmədiyini söyləyib.

Hazırda bu faktla bağlı “Mənimsəmə və ya israf” maddəsi ilə iş aparılır.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı
››› “Azəriqaz”dan Xırdalandakı partlayışla bağlı açıqlama
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
Son xəbərlər
Bütün xəbərlər »