Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əhliman Əmiraslanov: "Apteklərdə antiviral dərmanların süni qıtlığı yaşanır, bununla bağlı ciddi tədbir görülməlidir"
Əhliman Əmiraslanov

“2020-ci il pandemiyanın yaratdığı problemlərə baxmayaraq, ölkəmiz üçün zəfər ili kimi tariximizə yazılacaq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əhliman Əmiraslanov deyib.

Deputat bildirib ki, 2021-ci ilin büdcə zərfində səhiyyə xərcləri nəzərəçarpacaq dərəcədə artırılıb: “İlk dəfə belə rəqəmə rast gəlirik. 2021-ci ilin büdcə zərfində vəsaitin böyük qismi İcbari tibbi sığortanın ölkəmizdə bütövlükdə tətbiqinə yönəlib. 2021-ci ilin yanvarından artıq 36 rayon və şəhərdə icbari tibbi sığorta tətbiq olunacaq, aprel ayından isə Bakı və Sumqayıt daxil olmaqla daha 7 şəhər və rayonda bu, tətbiq ediləcək. İnsanlarımız icbari tibbi sığortanı ilərdir gözləyir. Bunun bütövlükdə ölkədə həyata keçirilməsi əhaliyə tibbi xidmətin göstərilməsinin səviyyəsini yüksəldəcək”.

Deputat bildirib ki, pandemiya elan olunduğu ilk gündən ölkədə operativ qəragah yaradılıb: “Bu gün pandemiyaya qarşı mübarizə sahəsində müəyyən çətinliklər var. Xəstələrin ambulator müalicəsi üçün apteklərdə antiviral dərmanların qıtlığı yaşanır. Bu da süni yaradılmış qıtlıqdır. Bundan vəsait qazananlar var. Bununla bağlı ciddi tədbir görülməlidir. Ölkəmizdə kifayət qədər dərman ehtiyatı var, amma bu qıtlığı süni olaraq yaradırlar”.

Ə. Əmiraslanov qeyd edib ki, bu gün insanlar arasında ənənəvi baş verən xəstəliklər də qalmaqdadır: "Bu gün biz ancaq pandemiyadan danışırq. Elə patologiyalar var ki, onların ağırlığı COVİD-19-dan qat-qat çoxdur. Bununla bağlı da tədbirlər görülməlidir. Çünki gələcəkdə bununla bağlı çox böyük xərclərə getməli ola bilərik”.(apa)

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »