Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Xəstəyə dərmanı 20-30 dəfə baha satmaq ən ağır cinayətdir”- Deputat
Aptek

“Səhiyyə xərcləri 1.4 milyard manat müəyyənləşib. Bu yaxşıdır-pisdir, o ətrafda diskussiya aparmaq olar, lakin bildiyiniz kimi, COVİD-19 gənc insanlara-təkcə aşağı gəlirli insanlara deyil, orta təbəqəyə, imkanlı adamlara, hakimlərə, icra başçısına, tanınmış vəkilə, həkimlərə, bir sözlə hər təbəqədən olan insanlara rəhm etmir”.

Bu sözləri MM-in iclasında Millət vəkili Zahid Oruc bildirib. Onun sözlərinə görə, vahid bir qurum bu mübarizəyə başçılıq etməlidir. Səhiyyə, TƏBİB sisteminə güvənc aşağıdır.

Zahid Oruc Zahid Oruc

“Biz problemi millətin bir hissəsinin aşağı "imkanına” bağlayanlara deməliyik ki, o dediyiniz adamlar 44 gündə bütün çətinliklərə şərəflə sinə gərərək Ali Baş Komandanın çağırışilə səfərbər olundular, düşmənin üzərinə getdilər, eləcə də arxa cəbhədə tikəsini səngərlə bölüb, övladlarını şəhid verib Ermənistan adlı şərə qalib gəldilər.

Ali Baş Komandan öz silahlı və ya silahsız ordusu ilə bütün cəbhələrdə vuruşur, qoy o adamlar da, Prezidentin siyasi qətiyyətinə, misilsiz zəhmətinə və qarşılarına qoyduğu vəzifələrə layiq olsunlar! Prezident qəhrəman şəhidi üçün ayaga qalxır. Bizim hər birimiz Səhiyyə qurumlarını xəstəxanalardan, yaxud elə hərbi səngərdə o cür görmək istəyirik.

Prezident hər bir fədakar həkim üçün ayağa qalxır. O həkimlər ki, gerçəkdən də hər cür ehtirama layiqdilər, gecə-gündüz çalışırılar. Vuruşurlar..Lakin düzgün idarəçilik olmalıdır. Əvvəllər kimsə deyə bilərdi ki, təcrübə yox idi, lakin artıq müəyyən standartlar formalaşıb, hər gün maarifləndirmə, xalqla səmimi ünsiyyət, kommunikasiya olmalı, tədbirlər düzgün həyata keçirilməlidir. İndiki kimi üç yerə bölünmə yox, vahid bir qurum bu mübarizəyə başçılıq etməlidir. Səhiyyə, TƏBİB sisteminə güvənc aşağıdır. Halbuki inam hissi böyük qüvvədir. Məgər biz müharibədə ordumuza ən yüksək etimada görə qalib gəlmədikmi? Başa vurduğumuz ildə 3 dəfə sərt karantin rejiminə keçərkən dövlətin və millətin 10 milyardlarla manat ziyanları üzərinə aldığını hamı görməlidir. Vətəndaşlar deyir, elə mübarizə aparırsınızsa, dərmanların qara dövriyyəsini təşkil edənləri cəzalandırın”.

Deputat bildirib ki, 6 manata olan kleksanı 60 manata, 40 manata olan favir-piraviri "qara bazar”da 500 manata satırlar.

“Necə ki, ordunun silahının qanunsuz satılması Hərbi Tribunal qaydasında ən ağır cəzaya layiqdir, xəstəxanalara verilən dərmanları da ələ keçirib, onu çarəsiz durumda olan xəstəyə 20-30 dəfə baha satmaq Qələbəmizə kölgə salmaqdır, ən ağır cinayətdir”,-deyə bildirib”.

Leyla Mirzə

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »