Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: “2021-ci il büdcəsi iqtisadi modeli daha da primitivləşdirib”
Pul - manat - Büdcə

“Gələn ilə 3-4 % inflyasiya proqnozlaşdırırıq. Son günlər mediada şayiələrlə qarşılaşırıq. Devalvasiya gözləntiləri yaratmağa çalışırlar. Bu gün Azərbaycanda devalvasiya üçün heç bir əsas yoxdur. Cari ildə pandemiyanın ən kəskin fazasında hökumət bu məsələyə getmədisə, indi bu məsələnin aktual olmasını düşünmək olmaz. Əhalimizi belə şayiələrə inanmamağa çağırıram. Heç kəs bu gün bizdə olan optimizmə xələl gətirməyə çalışmasın”.

Bu fikirləri Milli Məclisi bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Bizimyol.info xəbər verir ki, sədrin sözlərinə görə növbəti ildə büdcə xərcləri kontrsiklik olmaqla sabitliyə yönəlib. “Büdcə kəsirinin daha dayanıqlı mənbələr vasitəsilə maliyyələşməsinə ehtiyac var”. Hökumətin büdcə müzakirələri hər zamankı kimi iqtisadçıların uzun uzadı müzakirələrinə səbəb olub.

İqtisadı ekspert Natiq Cəfərli hesab edir ki, ölkənin 2021-ci il büdcəsi iqtisadi modeli daha da primitivləşdirib. Bizdə qeyri-neft sektorunun vergi daxil olmaları da neft "qoxuyur"...

“Gələn il hökumət büdcə kəsrinin bir hissəsini maliyyələşdirmək üçün daxili borclanmağa gedəcək – 2 mlrd. daxildən borc yığmağı düşünür. Dövlətin borc kağızlarını kim alacaq? Banklar.

Banklar 2 mlrd. manat istiqraza, bir xeyli manatla vəsait də dollar alıb-satmağa sərf edəcəksə, bəs krediti hansı vəsaitlə verəcək?! Deməli, yenə ancaq istehlak kreditinə yüklənəcəklər, biznes kreditləri yaddan çıxacaq (zatən bankların marağı yoxdur bu sahəyə), real iqtisadiyyata yatırım azalacaq. Banklar biznes krediti verməyəndə iş yerləri açılmır, iş yerləri açılmayanda iqtisadi artım zəifləyir, iqtisadi artım zəifləyəndə insanların alıcılıq qabiliyyəti düşür və kasıblıq artır.

Ölkənin 2021-ci il büdcəsi iqtisadi modeli daha da primitivləşdirdi – Neft Fondundan 12,2 mlrd., neft sektorundan vergi kimi isə 1 mlrd. manatdan çox vəsait gəlir büdcəyə, bunun yarısı maaş-təqaüdlərə, yarısı təmir-tikintiyə gedir, maaş-təqaüdə gedən pul gedir marketlərlərə - marketlər vergi verir, adı da olur qeyri-neft sektorunun vergisi, eyni qaydada təmir-tikintiyə gedən pul müəyyən iqtisadi aktivklik yaradır, şirkətlər pul qazanıb ondan vergi verir – onun da adını qeyri-neft sektorundan vergi daxil olması qoyurlar”,- deyə ekspert bildirib.

İqtisadçı Rövşən Ağayev devalvasiya gözləntiləri ilə əlaqədar narahatlığı nəzərə alaraq Bizimyol.info-ya verdiyi açıqlamda bildirdi ki, hazırda Azərbaycanda devalvasiya üçün zəmin olmasa da bir neçə ay sonra nələr ola biləcəyini kimsə deyə bilməz.

“İşgüzar fəallığın səviyyəsi, tədiyə balansının hazıkı göstəriciləri valyuta tələbinin səviyyəsi, potensial olaraq xarici valyutaya çevrilə biləcək likvid manat yığımlarının miqyası, kapital qaçışı üçün imkanlar belə deməyə əsas verir.

Qlobal iqtisadiyyatda, eləcə də geopolitik səhnədə son dərəcə qeyri-müəyyən şərait hökm sürür. Pandemiyanın davametmə müddəti bu qeyri-müəyyənliyi artıran əsas səbəblərdən biridir. İqtisadi fəal əhalinin 70%-ə qədəri istənilən böhran stiuasiyasında sosial risk altına düşür”,- deyə o bildirib.

İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, gələn il Azərbaycan üçün xərclərin artması baxımından çətin il olacaq: “Hesab edirəm ki, kütləvi vaksinləşmə sayəsində koronavirusa qalib gəlmək mümkün olacaq və nəticələri artıq yaz aylarında görə biləcəyik. Bu o deməkdir ki, 2021-ci ildə dünya səviyyəsində iqtisadi aktivlik müşahidə olunacaq.

Azərbaycada bu özünü nə şəkildə göstərəcək? İlk olaraq yəqin ki, neftin qiymətlərində əhəmiyyətli yükəsliş və karantin tədbirlərinin aradan qaldırılması ilə başlayan iqtisadi fəallıq. Hazırda neft dünya bazarında 50 dollara yaxınlaşmaqdadır, ehtimal edilir ki, Müəyyən proqnozlara əsasən, qiymətlərin 55-60 dollara qədər qalxması ehtimalı var. Karantin tədbirlərinin sərtləşdirilməsi yəqin ki, qarşıdakı iki ayda davam edəcək”,- deyə ekspert vurğulayıb.

İlhamə Rəsulova

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Azərbaycanda jurnalist qətlə yetirilib
Son xəbərlər
Bütün xəbərlər »