Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanın Baş naziri Azərbaycan Prezidentini təbrik edib
Giorgi Qaxaria

Gürcüstanın Baş naziri Giorgi Qaxariyadan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Bizimyol.info xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri. Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, rifah və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Gürcüstan ilə Azərbaycan arasında möhkəm tarixi və ortaq maraqlara əsaslanan strateji tərəfdaşlığı məmnunluqla vurğulamaq istəyirəm.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri əməkdaşlığın bütün sahələrində daha da möhkəmlənəcək. Bu, bölgəmizdə sülhün bərqərar olmasına, sabitliyin möhkəmlənməsinə və xalqlarımızın rifahına töhfə verəcəkdir.

Ölkələrimiz arasında gələcək əməkdaşlığı təşviq etməyə və münasibətləri daha yüksək səviyyəyə qaldırmağa Gürcüstan dövlətinin hazır olduğunu və bunun mənim də şəxsi istəyim olduğunu bır daha ifadə etmək istərdim.

Cənab Prezident, fürsətdən istifadə edərək, Sizə bir daha dərin ehtiramımı bildirir və doğum gününüz münasibətilə ən xoş arzularımı çatdırıram".

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Azərbaycanda jurnalist qətlə yetirilib
Son xəbərlər
Bütün xəbərlər »