Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir ailənin 2 şəhid övladı: Ömürləri də, ölümləri də birgə oldu - Foto
Cəsarət Səfərov - Şahmar Səfərov

44 günlük müharibənin hələ danışılacaq çox qəhrəmanları var. Bu gün sizlərə Səfərovlar ailəsinin igid oğullarından danışmaq istəyirəm. Səfərov Cəsarət Xaliq oğlu və Səfərov Şahmar Nazim oğlu onlar təkcə əmi oğlu yox həm dost, həm yoldaş, həm sirdaş, həm də ən əsası qardaş idilər. Birlikdə böyüdülər, birlikdə vətənə xidmət etdilər və hər ikisi vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.

Deyirlər insan taleyində ona qoyulan adın çox önəmi var. Həqiqətən də adının haqqını verdi Cəsarət. O, 2001-ci ildə Bakı şəhərində anadan olmuşdu. Məktəbdə oxuduğu zaman digər uşaqlardan ürəyi açıqlığı, mehribanlığı, vətənpərvərliyinə görə həmişə fərqlənib. Məktəbi bitirdikdən sonra Lənkəran Dövlət Universitetinə qəbul olub və təhsilini qiyabi davam etdirib. Birinci kursu bitirdikdən sonra 2019-cu ilin iyul ayında hərbi xidmətə çağırılır və Gəncədə hərbi xidmətini davam etdirir.

Şəhidin bacısı Həqiqət xanım bildirir ki, tale elə gətirir ki, əmisi oğlu Səfərov Şahmar Nazim oğlu da həmin hərbi hissəyə leytenan olaraq təyin edilir.

“Bir il eyni hərbi hissədə xidmət etdikdən sonra 2020-ci ilin may ayında Səfərov Şahmar Nazim oğlu xüsusi təyinatlı dəstəyə keçir və təyinatını Daşkəsənə verirlər. Bir müddət sonra Vətən müharibəsi başlayır və sentyarın 27-si Səfərov Şahmar Nazim oğlu Murov dağı ərtafında gedən döyüşlər zamanı şəhid olur. Müharibənin ilk şəhidlərindən biri olub. Lakin nəşi 53 gün sonra ailəsinə təhvil verildi və Üçüncü Fəxri Xiyabanda dəfn edildi”.

Cəsarət Səfərov - Şahmar Səfərov

Sanki Şahmarla, Cəsarətin taleləri bir yazılmışdı. Hər ikisinin nəşi ailələrinə günlər sonra gətirilib təhvil verilir.

Şəhidin bacısı bildirir ki, qardaşının nəşi 43 gün sonra onlara təhvil verilib.

“Qardaşım döyüşdə olduğu müddətdə demək olar ki, bizə heç nə demirdi. Deyirdi hər şey yaxşıdır, problem yoxdur. Cəsarət Füzuli, Xocavənd, Qubadlı, Zəngilan istiqamətlərində olan döyüşlərdə iştirak edib. Qardaşımla axırıncı dəfə noyabrın 3-ü danışmışdıq. Ondan sonra heç bir əlaqə olmayıb. Noyabrın 4-ü Laçın-Şuşa yolu deyilən istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Dəfnə qədər itkin kimi hesab edilib. Bizə deyirdilər ki, neytralda olduğu üçün götürə bilmirlər. Nəşi 43 gün sonra bizə təhvil verildi və İkinci Fəxri Xiyabanda dəfn edildi.”

Şəhidimizin bacısı qardaşını bizə o qədər gözəl təsvir edir ki, dinlədikcə insan göz yaşlarını saxlaya bilmir.

“Mən ruhu balaca qardaşının bacısı, şəhid bacısıyam. Mən yaşca ondan 7 yaş böyüyəm və o, mənim əllərimdən tutub böyüyüb. İlk sözü “bacı” olub ( günlərlə təkrar edib öyrətmişdim). Özümdən də yaxşı tanıyıram onu. Sarı qıvırcıq tellərini, qıyıq gözlərini, eninə olan dırnaqlarını, dırnaqlarının kənarında hər zaman nazik qopan dəriləri, əlinin üstündə kəsiyi, göbəyindəki doğum ləkəsini, səbirsiz hallarını, ağız dolusu “bacı” deməyini, sinəsinə basıb özünə sıxmağını heç vaxt unutmaram. İndi onu bağrıma basdığım yer sızıldayır. Bu sızıltı da deyil başqa birşeydi. Çox yad bir hisdi və deyəsən bu yad hiss mənimlə sonsuzadək yoldaşdı. O, daha mənə gələ bilməz amma mən ona getmək üçün günlərimi sayacam. Sayacam ki, canımın parasına tez qovuşum və tam olum. Qardaşımla bağlı keçmiş deyə danışmıram, çünki o mənim sol yanımda yaşıyır və mənimlədi bilirəm. Bəlkədə yolda gedəndə bir küləkdə üzümə dəyib mənə toxunacaq, bəlkə bir yarpaq olub düşəcək saçlarıma həmişəki kimi başımdan öpüb, iyləmək üçün”,-deyə Həqiqət xanım bildirir.

Bu vətən üçün etdiklərinizi unutmadıq, unutmayacağıq,unutdurmayacağıq!

Leyla Mirzə

Paylaş »
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› "Qarabağla bağlı gərginlik yenidən başlaya bilər" - Andrey Manoylo
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
››› Ənənə davam edir: Kreml sahibinin "əli olmayan" qətllər...
Son xəbərlər
Bütün xəbərlər »