Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qusarda mənzildən oğurluq edən tutulub
Həbs

Qusar rayonunda mənzildən oğurluq edən şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən qızıl-zinət əşyaları oğurlamaqla zərərçəkmişə maddi ziyan vuran şəxs saxlanılıb.

Araşdırmalarla həmin şəxsin rayon sakini Zərbəli Çigəliyev olduğu müəyyən edilib.

Dindirilmə zamanı Z.Çigəliyev törətdiyi oğurluq hadisəsini etiraf edərək, əldə etdiyi qızıl-zinət əşyalarının bir qismini dəyərindən ucuz qiymətə satdığını bildirib. Oğurlanan əşyaların çox hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Qeyd olunan faktla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxsin analoji hadisələrdə iştirak edib-etməməsi araşdırılır.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Ermənistanın baş naziri vəzifəsinə namizəd: Ordunun bərpasına azı 2-3 il lazımdır
››› Rusiya daha dörd ölkəyə uçuşları bərpa edir
Son xəbərlər
Bütün xəbərlər »