Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfərbərliyə çağrılmış işçilərin ailəsinə 190 manatın verilməsi təklifinə nazirlikdən açıqlama
Manat - Maaş

190 manat birdəfəlik ödəmə alanların sayının artırılması təklif edilir.

Ölkədə qismən hərbi səfərbərlik elan edildikdən sonra xidmətə çağırılan vətəndaşların çoxu məşğul şəxslər olduğu və ailənin işləyən tək adamı olduğu üçün həmin ailələrə 190 manat birdəfəlik ödəmənin verilməsi təklif edilir.

Məsələ ilə bağlı Bizimyol.info-nun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdiyi informasiya sorğusuna nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı cavab verib.

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 179-cu maddəsinin 2-ci hissəsinin “g” bəndinə əsasən, işçi hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda onun iş yeri və orta əmək haqqı saxlanılır.

Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən yuxarıda qeyd olunan halllarda işçinin iş yerində orta əmək haqqı saxlanılır və bu halda orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqı əsasında hesablanır.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 52.1-ci maddəsinə əsasən, toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əmək haqqı saxlanılmaqla işdən azad edilirlər. Göstərilən şəxslərin əmək müqaviləsinə, onlar çağırış vərəqəsi aldıqları gündən toplanışdan qayıdana qədər təşkilatın ləğv edildiyi hallar istisna olmaqla, xitam verilə bilməz. Hərbi vəzifəlilərin işlədiyi təşkilat ləğv olunduqda toplanış dövründə ona verilməli məbləğlər ləğv edilən təşkilat və ya onların hüquq varisi tərəfindən ödənilir.

Yuxarıda qeyd olunan hallarda əmək münasibətinin tənzimlənməsi ilə bağlı işəgötürən müvafiq əmr (qərar, sərəncam) vermək səlahiyyətinə malikdir”,-deyə mətbuat katibi bildirib.

Dövlət Məşğulluq Agentliyindən bildirilib ki, işçi hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara çağırıldıqda onun iş yeri və orta əmək haqqı saxlanıldığı üçün həmin şəxslər məşğul şəxs hesab edilir: “Nazirlər Kabinetinin birdəfəlik ödəmənin verilməsi ilə bağlı təsdiq etdiyi qaydalara əsasən birdəfəlik ödəmə Məşğulluq Agentliyinin bazasında işsiz kimi qeydiyatda olan aztəminatlı, heç bir sosial ödəniş almayan, karantin rejiminə görə işini itirən şəxslərə verilə bilər”.

Ramid İbrahimov

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
››› Azərbaycanda daha bir vəkil vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »