Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Ermənistanda dövlət çevrilişinə cəhd edildi, Paşinyan yenə "dərs" keçdi
İrəvanda Respublika meydanında mitinq

Emənistanda gərginlik davam etsə də, baş nazir Nikol Paşinyan vəziyyəti öz istədiyi kimi idarə etməyi hələlik bacarır.

Dünən İrəvanda Respublika meydanında keçirilən etiraz aksiyasında müxalifət dövlət çevrilişinə çağırışlar səsləndirmişdi. Ermənistan İnqilab Federasiyası "Daşnaksutyun" partiyası xalqı bu gün keçirilən hökumət iclası zamanı binanı mühasirəyə almağa çağırmışdı. Müxalifət açıq şəkildə bildirmişdi ki, hakimiyyəti devirməyin başqa yolu yoxdur, hamı meydana gəlməlidir və hökumət binasını mühasirəyə alıb Paşinyanı hakimiyyətdən uzaqlaşdırmalıyıq.

Bizimyol.info xəbər verir ki, son iki gün ərzində dövlət çevrilişi ilə bağlı səsləndirilən çağırışlara cavab olaraq Paşinyan daşnaklara qarşı əməliyyatlara start verib. Dünən keçirilən mitinq zamanı partiyanın üzvü Q.Manukyan xəbər verib ki, rəhbər strukturlarda yer alan İşxan Saqatelyan istintaq orqanına çağırılaraq məsuliyyətə cəlb olunub.

Qeqam Manukyan, "Daşnaksutyun" partiyasının üzvü Qeqam Manukyan, "Daşnaksutyun" partiyasının üzvü

Həmçinin son günlər yer alan sərhəd demarkasiyası zamanı hökumətin siyasətinə qarşı çıxan və açıq çağırışlar edən Kacaryan və Gorus merləri "aradan götürülüb".

Bu gün isə yenidən Paşinyan mitinq texnologiyalarını daha yaxşı bildiriyini sübut edib. Hökumət iclasının başlamasından əvvəl dövlət çevrilişinə cəhd edən müxalifət qüvvələrinin binaya daxil olmasına imkan verilib. Daşnaklar binanın ətrafında və içərisində sıxlaşıblar. Bundan sonra isə qalın polis kordonu gəlib və müxalifəti hökumət binası ilə birlikdə mühasirəyə alıb. Müxalif etirazçılar zərərsiz hala gətirildikdən sonra Paşinyan hökumət binasına gələrək iclasa başlayıb.

Nikol Paşinyan Nikol Paşinyan

Bəzi media qurumları isə hesab edirlər ki, hətta İrəvanda qar yağandan sonra küçələrin təmizlənməməsi də məqsədli şəkildə edilib. Belə ki, dünən axşamdan başlayan qar bu gün səhər saatlarına doğru donaraq yolların buz bağlamasına səbəb olub. Amma əvvəlki illərdən fərqli olaraq bu dəfə küçələrdə tüxnika və müvafiq sahə işçiləri gözə dəymir. Səkilərin üzərinə də qum tökülməyib. Piyadalar və maşınların hərəkəti çətinləşib.

İrəvanda qar yağıb, yollar buz bağlayıb

Müxalif media qurumlarının yazdığına görə, hökumət qəsdən yolları və səkiləri buzlu və sürüşkən vəziyyətdə saxlayır. Onlaın fikrincə, bu yolla hakimiyyət dünənki çağırışlardan sonra mitinqə gələnlərin az olmasını istəyir.

Qeyd edək ki, Paşinyanın sədrliyi ilə hökumət iclası bu gün səhər saat 11-də başlayıb. Polisin mühasirəsinə düşən müxalifət iclasın keçirilməsinə heç bir maneə yarada bilməyib.

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Yanvarın 24-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »