Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: “Tramp getməzdən öncə ABŞ-ın bütün “çirkli işlərini” təmizləyir”
Donald Tramp

ABŞ-ın Demokratlar Partiyasının təmsilçisi Co Bayden prezident kürsüsünə gəlməzdən öncə Trampın verdiyi qərarları izləməklə məşğuldur. Bayden prezidentliyin təsdiqlənməsindən sonra Vilminqtonda verdiyi bəyanatda "Tarix boyu etdiyimiz kimi yeni bir səhifə açmağın, birləşməyin, yaxşılaşmağın vaxtı gəldi" demişdi. Amma hələ ki, onun nəzərdə tutduğu yeni səhifələri Tramp açmaqdadır.

Belə ki, Trampın gedərayaq verdiyi qərarları ekspertlər ABŞ-ın bütün “çirkli işlərinin” bir nəfəsdə həll etmək istəyi kimi yorumlayırlar.

Bu günlərdə Tramp İraqda sivil əhalini qətlə yetirən Blackwater muzdlularını əfv etdi. Buna qədər də Tramp bəzi gözlənilməz addımları ilə dünyanı çaş- baş salmağı bacarmışdı.

Turab Rzayev Turab Rzayev

Siyasi şərhçi Turab Rzayev Bizimyol.info-ya verdiyi açıqlamada Trampın “təmizləmə” əməliyyatını aşağıdakı kimi izah edib.

“Belə bəlli olur ki, Tramp öz dönəminin sonuna yaxın Amerika “dərin dövləti”nə lazım olan çirkli işləri görüb yekunlaşdırır, ya da onu seçənləri narahat edən bəzi problemləri həll eləməklə məşğuldur. Məhz Tramp dönəmində Qarabağın işğaldan azad edilməsi üçün hərəkətə keçdik və ABŞ bu prosseslərə sərt reaksiya göstərmədi. Eyni zamanda ABŞ Mərakeşin Qərbi Səhradakı ərazisini tanımaqla mübahisələrə son qoydu.

2017-ci ildə ABŞ prezident Qüdsü İsrailin paytaxtı kimi tanıdı. Tramp bunu Yaxın Şərqdə sülh proseslərinə təkan vermək üçün "uzun zaman gecikmiş addım" kimi təsvir edib.Qədim Qüds şəhərinin taleyi İsrail və Fələstin arasında mübahisəli məsələlərdən biridir.

Bundan əlavə, ərəb ölkələri ilə İsraili eyni masa arxasında oturmağa, sülh yaratmağa Tramp hakimiyyəti nail ola bilmişdi. Başqa bir məqam Türkiyə qarşı qoyulan sanksiyalar idi.2019-cu ildə Donald Tramp Türkiyəyə qarşı tətbiq olunan sanksiyaların ləğv olunduğunu elan edib.

Məlumdur ki, ABŞ F-16-ların yenilənməsilə bağlı layihəni gecikdirirdi, “Atak” tipli helikopterlərinin motorlarının ixracına qadağa qoyulmuşdu və Türkiyənin F35 proqramından çıxarılmasına dair sanksiyalar var idi Bundan əlavə Türkiyənin hərbi sənayesinin fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmiş bir sıra sanksiyalar qoyulmuşdu. Eyni zamanda Rusiynın 45, Çinin 58 şirkətinə sərt sanksiya tətbiq edilmişdi,

Fars körfəzinə doğru irəliləyən İsrail donanmasına bu günlərdə yol verildi. İsrail hərbi donanması raketlərlə Bəsrə körfəzinə yönəlib . Ərəb ölkələri ilə əlaqələr quran İsrail İranı açıq açıq təhdid edir. Tramp İranı təhdid etməklə ya son kartını oynayır, ya da ümumiyyətlə bu son olmaya bilər.

Bunlar nəyi göstərir? Amerikanın dövlət siyasətidir, yoxsa Trampın PR kampaniyası? Təkcə Rahib Brunsonun azad edilməsi Trampa xeyli reytinq gətirmişdi. Görünür, ABŞ bütün problemli məsələləri Tramp dönəmində həll etməyə çalışır. Ola bilsin, Bayden bunu etsəydi müəyyən sərt reaksiyalar yarana bilərdi. Çünki, demokratlar həmdə antimilitarist baxışları ilə tanınırlar. Başqa bir versiya da budur ki, Tramp yarımçıq işlərini tamamlayır. Ikincisi, ona dəstək verən lobbinin arzularını yerinə yetirir. Bu Amerika “dərin dövlət”inin də sifarişi ola bilər ki, Baydenin gəlişinə hər şey hazır olsun. Bütün “pis işləri” Trampla görsünlər, Bayden gəldikdə hansı ölkələrin sanksiyalarını ləğv etmək istəmirsə, bunu keçmiş hakimiyyətlə əlaqələndirsin.

Amma bu da mümkündür ki, Tramp bu addımları təslim olmamaq üçün atır. Çünki Tramp hələ də Baydeni prezident seçilməsinə görə təbrik etməyib və onun qələbəsi ilə barışmır. O seçicilərinə, tərəfdaşlarına mesaj verir ki, məni gözdən çıxarmayın. Baydenin vəzifəsinin icrasına başlamasını gözləmək lazımdır. Yaxın aylarda bəlli olacaq ki, o hansı kursu götürəcək. Bayden gəlib ya yaxşı polis rolunu oynayacaq, ya da “bunları Tramp qoyub, mənlik deyil, amma lazım gəlsə ağırlaşdıra bilərəm” təhdid edəcək”,- deyə ekspert qeyd edir.

İlhamə Rəsulova

Paylaş »
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› "Qarabağla bağlı gərginlik yenidən başlaya bilər" - Andrey Manoylo
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
››› Ənənə davam edir: Kreml sahibinin "əli olmayan" qətllər...
Son xəbərlər
Bütün xəbərlər »