Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 15 m² olan dəmir konstruksiyalardan ibarət köşkün taxta üzlüyü yanıb.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.